Körpələr üçün masaj

Körpələr üçün masaj
Bir Ana - Bir Bala
10.09.2017 10
Körpə masajının faydaları:

Masaj siz və körpəniz üçün faydalıdır. Bu sizin aranızdaki emosional bağlılığı gücləndirən və hər ikinizi sakit və rahat hiss etdirən əyləncəli fəaliyyətdir. Bu həmçinin, sizin körpənizin fiziki sağlamlığı üçün xeyirlidir: bu nəfəs almağa kömək edə , immun sistemi artıra , dərini ölmüş hüceyrələrdən  təmizləyə, həzmetməyə kömək edə, əzələləri yaxşılaşdıra  və körpənizin yatmasına kömək edə bilər.



Körpəni masaj etmək üçün məsləhətlər:

Körpənizi yalnız o sağlam olduğu zaman və siz özünüzü yaxşı və rahat hiss etdiyiniz zaman masaj edin. Körpənizi qidalandırdıqdan ən azı bir saat yarım sonra masaj etmək yaxşıdır, çünki körpəniz yeməyi həzm etmiş olacaq və özünü ac hiss etməyəcək. Otağın sakit və isti olduğundan əmin olun. Başlamazdan əvvəl rahat paltar geyinin və əlləriniz tamamilə yuyun. Masaj təxminən 10 dəqiqə davam etməlidir.



İsitmək üçün əllərinizin arasına bir az masaj kremi və ya yağı sürtün və körpənizin ayaqlarından başlayaraq onu dəriyə kiçik dairələrlə masaj edərək sürtün.  Körpənizin ayaqlarından yuxarı doğru qalxaraq, kitabın vərəqlərini hamarlaşdırmaq kimi mərkəzdən kənara doğru əl hərəkətləri ilə onun sinəsini və qarnını masaj edin. Sonra körpənizin əllərindən başlayaraq, qoluna doğru gedin və çiyinlərə qalxın.



Aşağıdakı hallarda masaj etməyin:

Körpənin ilk sağlamlıq müayinəsinə qədər (doğuşdan təxminən 6-8 həftə sonra)

Peyvənd vurulandan sonrakı bir həftə ərzində

Əgər körpəniz dərman qəbul edirsə

Əgər körpənizin dərisində hər hansı bir çat, səpgi və ya dəri infeksiyası varsa

Əgər körpənizdə oynaq və ya sümük problemi varsa

Əgər sizin dəriniz kobuddursa və ya dərinizdə infeksiya varsaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!