Nağılların uşaqlarımıza təsiri

Nağılların uşaqlarımıza təsiri
Bir Ana - Bir Bala
10.09.2017 20
Nağılların uşağın inkişafında çox əhəmiyyətli və qiymətli fəaliyyətləri vardır. Nağıl danışılarkən bir tərəfdən izah edən adam ilə uşaq arasında ünsiyyət qurularkən, digər tərəfdən də uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçər. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənər. Ümumiyyətlə qız uşaqları qız, oğlan  uşaqları isə  oğlan xarakterlərini cəmləşdirərək irəlidəki şəxsiyyətlərinin təməllərini atarlar. Təxminən 4-5 yaşına çatmış uşaqlar nağıllarda izah edilən bir çox hadisənin əslində doğru olmadığını bilirlər.



Nağıllara başlarkən deyilən və "Biri varmış Biri yoxmuş "deyə başlanılan cümlələrin  məqsədi də uşaqlara bu mesajı verməkdir. Bununla yanaşı nağılı izah edən adamın da uşağa zaman-zaman fövqəladə hadisələrin yalnız nağıllarda olacağını söyləmələrində fayda vardır.



Nağıllar hər zaman yaxşı olanların qalib gəldiyi, səbirli olanların mütləq məqsədlərinə çatdıqları, edilən yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox zaman bədən gücündən üstün olduğu, sevginin bir çox şeydən daha qiymətli olduğu, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və birlik içində olmanın hər zaman daha çox uğurlar gətirdiyi, heç bir zaman ümidsizliyə qapılmamaq  lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı mesajlarını verirlər.



Ümumiyyətlə nağıllarda bütün cəmiyyətləri maraqlandıran ortaq ünsürlər olsa da ,nağıllar içindən çıxdıqları cəmiyyətin dəyər, tutum və davranışlarını əks etdirir. Bu səbəblə uşaqlarımızın əvvəlcə öz nağıllarımızı oxumasını, digər mədəniyyətlərə aid nağıllarında yaxşı bir araşdırmadan sonra uşaqlarımıza oxunması faydalı olacaqdır.



Hal-hazırda sıx işləmək səbəbiylə ana-atalar uşaqlarına nağıl oxumaq üçün vaxt tapa bilməmələrini hər zaman dilə gətirirlər. Ayrıca cizgi filmlərinin və serialların həyatımıza girməsiylə birlikdə uşaqlar nağıl oxumaq yerinə bu tip proqramlara baxmağa üstünlük  verir. Üstəlik uşaqların bəzən özlərinə aid  kino və proqramlara baxması, ya şiddət ehtiva edən və doğru mesajlar verməyən çizgi filmləri izləmələri hələ şəxsiyyətlərinin yeni inkişaf etməkdə olan bu uşaqların səhv yönləndirilmə problemini gündəmə gətirməkdədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!