Uşaqlarda erkən diş çürüməsi problemi

Uşaqlarda erkən diş çürüməsi problemi
Bir Ana - Bir Bala
10.09.2017 163
Anaların öpüşləri beş yaşından aşağı uşaqlarda erkən diş çürüməsinə səbəb olduğunu bilirdinizmi?



Geniş yayılmış, çox tez inkişaf edən və uşaqların irəliləyən yaşında da ağız və diş sağlamlığını təhlükəyə salan "uşaqların erkən diş çürüməsi problemi”  bəzən körpəyə göstərilən ifrat sevginin yol açdığı səhv davranışların nəticəsində yaranır.



Pediatırların fikrinə görə uşaqlarda erkən diş çürüməsi nəzərə çarpırsa bu, dişində çürümə olan ananın yaxud da dayənin təması nəticəsində yaranır. Yemək qaşığı, əmziyin təmizlənməsi məqsədi ilə ağza salınması, dodaqdan öpmə və s. bu kimi hallar diş çürüməsinə gətirib çıxarır. Və bu xəstəlik son zamanlar uşaqlar arasında daha geniş yayılmaqdadır.



Erkən diş çürümələrinə daha nələr səbəb ola bilir?



Çürük yaradan bakteriyalar, meyvə suyu, süd, şirniyyat, tərkibində bişmiş nişasta olan qidaların yeyilməsi, yaşa uyğun gəlməyən qida rasionu və körpələrin ağız gigienasının gözlənməməsi, anaların öz ağız təmizliklərinə fikir verməmələri, anada olan çürük dişlər və s. Səbəbləri göstərmək olar.



Ana yaxud dayənin körpəyə çürük diş xəstəliyi yoluxdurması bu halda baş verir: tez və uzunmüddətli, xüsusilə də, yatmamışdan əvvəl, yatdığı zaman çürümə verən qidalarda bakteriyaların çoxalması çürük yardacaq həddə çatır. Bu bakteriyalar da ana yaxud dayədən keçir. Ən başlıcası isə ananın uşaq əmziyini öz ağzına salması nəticəsində öz tüpürcəyini uşağa ötürməsi ilə yaranır. Eyni zamanda fasiləsiz öpüşlərə qərq etdiyi vaxt da özü də bilmədən tüpürcəyini uşaq ağzına ötürür, əgər bu zaman ananın ağzında çürük diş varsa bu dişin üzərində toplanmış bakteriyalar uşağın ağzına keçir.







 



Uşaqda dişlər müdafiəsiz qalır.



Xüsusilə 1,5 yaş arası uşaqlarda erkən diş çürüməsinin inkişafında, yatmamışdan qabaq yaxud yatmaq ərəfəsində nələrinsə yeyilməsi, ana döşündən və yaxud əmziklə yeyəndən sonra yuxuya gedib dişlərin hər hansı bir şəkildə təmizlənməməsi  vərdişi bu baxımdan böyük risk yaradır.



Meyvə suları, uşaq qidaları da yatmaq ərəfəsində qəbul olunduğunda qalıqları üst kəsici süd dişlərinin ətrafında toplanaraq diş minasında sürətlə çürüməyə səbəb verə bilər.şirin tərkibli qidalar isə uşaq həkimləri tərəfindən birmənalı olaraq lazımsız qida siyahısına daxil olub.



Uşaqlarda erkən diş çürüməsinin qarşısını almaq üçün birlikdə səy göstərilməli olduğunu təkidlə vurğulayan pediatrlar, bu baxımdan lazımlkı məsləhətlərini verirlər:



Ana namizədlər hamiləlik dönəmində ideal surətdə ağız qulluğu ilə yanaşı düzgün qidalanmalarına da fikir verməlidirlər. Uşaqlar 12-14 aylıq olduqda əmzik tərgidilməli, diş çıxana qədər isə ağız nəm pambıqla silinməlidir.



Çürük yaradan bakteriyalar dişlər çıxmamış da damaqlarda özlərinə yer edə bilərlər. Ilk süd dişinin çıxmasından, iki yaşına qədər olan vaxt kəsiyində xüsusi olaraq uşaqlar üçün hazırlanmış yumşaq başlıqlı, balaca diş fırcalardan istifadə olunmalıdır. Gecə yatmamışdan əvvəl, əgər süd içilirsə, süddən sonra su verilməli, yarım saat sonra fırçalanmalıdır. Ilk diş çıxdıqdan sonra da müntəzəm olaraq diş həkimi ilə məsləhətləşmək lazımdır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!