Uşaqlar idmana nə zaman başlamalıdırlar?

Uşaqlar idmana nə zaman başlamalıdırlar?
Bir Ana - Bir Bala
10.09.2017 8
İdman etmək insan sağlamlığı üçün çox əhəmiyyətlidir. Bəs idmana nə zaman başlanmalıdır? Uşaqlar hansı yaşda hansı idmanı etməlidirlər?



Uşaqların idman etməsi həm sağlam olmaları, həm də ictimai baxımdan inkişafları üçün böyük əhəmiyyət daşıyır. İdman seçiminin uşağın yaşı və fiziki inkişafına uyğun olaraq edilməsi lazım olduğunu söyləyən mütəxəssislər hansı yaşda hansı idman edilməli, idman edərkən nələrə diqqət edilməli kimi suallara cavab verir.



Hal-hazırda təəssüf ki, uşaqlar küçədə oynamağa imkan tapa bilmirlər. Onun yerinə evdə kompüter arxasında  vaxt keçirirlər. Bu vəziyyətdə də uşaqlar idmanla məşğul olmurlar. İdman vərdişinin uşaqlara valideynlər tərəfindən qazandırılması lazım olduğunu ifadə edən mütəxəssislər uşaqların fiziki inkişafını yaşlara görə sıralayırlar. Buna görə 0-1 yaş, refleksif hərəkətlər; 1-2 yaş, primitiv hərəkətlər; 2-6 yaş, təməl hərəkətlər dövrü; 7-12 yaş isə idmanla əlaqədar dövr olaraq ayrılır.



7-12 yaş dövründə bacarıqlarına sürət qazandıran uşaqlar ip atlama kimi tipik hərəkətlərini rahatca sərgiləyirlər. Mütəxəssislərə görə bu dövrdə daha kompleks idman növləri seçilməyə başlanıla bilər.



Hansı yaşda hansı idman edilə bilər?



- Gimnastika: 4-6 yaş



- Üzmə: 5-6 yaş



- Tennis: 7-8 yaş



- Basketbol: 9-10 yaş



- Voleybol: 10-12 yaş



- Su topu: 10-12 yaş



- Həndbol: 10 -12 yaş



- Atletika: 10 -16 yaş



- Kürək çəkmək: 11 -14 yaş



- Oxçuluq: 12 -14 yaş



- Futbol: 12 - 14 yaş



- Boks: 13 -15 yaş



İdman edən uşaqlarda nələrə diqqət edilməlidir?



Uşağın yaşına və fiziki fəaliyyətinə görə bir yemək rejimi qurulmalıdı.



* Məşqdən 1 saat əvvəl yüngül bir yemək yeyilməsi lazımdır. Ac ya da tox olmaq uşağa mənfi təsir edəcəkdir. Bu səbəblə məşq əvvəlində uşaqlara quru yemiş, pendirli bir tost kimi qidalar yedizdirə bilərsiniz.



* Məşq əsnasında və sonrasında bol-bol su içmək lazımdır.



* İdman sonrasında meyvə, kompleks karbohidratlar seçim edilə bilər.



* Zülallı yeməklər və süd məhsulları də nizamlı idman edən uşaqların qidalanması lazım olan ana qida qrupudur. Şəkərli qidalar, trans yağlı yeməklər idmançı qidalanmasında qadağandır.



Təlimlər zamanı hərəkətlərin çox yönlü olmasına diqqət edilməlidir.

* Su idmanları ilə məşğul olan uşaqlarda qulaq iltihabları tez görülə bilməkdədir. Bu səbəblə silikonlu tıxaclar istifadə etmək lazımdır.



İdmanın uşaqlar üzərindəki təsirləri!

İdmanın fiziki fəaliyyətləri



- Bədənin elastik hala gəlməsi,

- Əsas bacarıqların inkişaf etdirilməsi,

- Dayanıqlılığın artması,

- Balans, əl-göz koordinasiyasının inkişafı.



Sağlam bir həyat yaşamaq üçün istədiyiniz fəqli kateqoriyalarda mütləq idman etməlisınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!