Körpənizə bu qidanı verməyin!

Körpənizə bu qidanı verməyin!
Bir Ana - Bir Bala
10.09.2017 9
Uşaqların fiziki inkişafında ana südü çox əhəmiyyətlidir. Xüsusilə ilk 6 ay fasiləsiz ana südü ilə qidalanan körpələr 6-cı ayın sonunda əlavə qidalara ehtiyac duyur. Fiziki inkişafa kömək etmək üçün çoxu ana bilmədən əlavə ərzaqlarda risk faktoru təşkil edəcək məhsullardan istifadə edir. Bu məhsullar hansılardır? Nə vaxt və necə istifadə edilməlidir?

 

Arıların qoyduğu bakteriya körpələrdə zəhərlənməyə yol aça bilər



Arılar bal hazırlayarkən adı kolostridyum botalium adlanan bakteriya istehsal edən qalıqları bala qoyur. Bu bakteriya körpələrdə botulizm deyilən zəhərlənmələrə yol açır. Bu zəhərlənmə uşağın sinir sistemini təsir etməkdə hətta nadir olaraq görülsə də ölümlə nəticələnir. Yeniyetmələrin həzm sistemində zəhərin qarşısını alan və bakteriyaların çoxalmasını əngəlləyən faydalı qalıqlar mövcuddur. Uşaqların həzm sistemində bu hüceyrələr inkişaf etmədiyi üçün bakteriyalara qarşı immunitetləri yoxdur.

 

Botulizm əlamətləri nələrdir?



Körpəyə bal verdikdən sonra; Düzəlməyən qəbizlik, əl-ayaq və ya boyun əzələlərində zəiflik, cansız və zəif ağlama, əmmə və qidalanmada azalma, davamlı olaraq halsızlıq, tənəffüs sıxıntısı- xırıltı kimi əlamətlərə rast gələndə mütləq həkiminizə müraciət etməyiniz lazımdır. Qida zəhərlənmələri yaxşı bişməmiş digər ərzaqlarda da görünür. Uşaqlara yaxşı bişməmiş hər hansı bir ərzaq verilməməlidir.

 

Körpələrin immunitet sistemləri yeniyetmələrə nisbətən daha az inkişaf etmiş olduğu və bağırsaq olğunlaşmadığı üçün 6 aya qədər allergen maddələrin bağırsaqlardan sorularaq qana qarışma ehtimalı var. 6 aydan əvvəl verilən bal,çiyələk,kivi,yumurta ağı, şokolad, kakao kimi allergen ərzaq və maddələr həddindən artıq həssaslığı təkan verib irəli yaşlarda bu qidalara qarşı allergiya və astma kimi xəstəliklərə zəmin hazırlaya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!