Körpələr ayda neçə kilo almalıdır?

Körpələr ayda neçə kilo almalıdır?
Bir Ana - Bir Bala
10.09.2017 54
Daha əvvəl uşaq dünyaya gətirmiş qadınlar bunu bilsə də, ilk dəfə ana olanlar körpənin çəkisinin bir ayda neçə kilo artması lazım olduğu haqda az biliyə malik olurlar. Lakin anaların bunu bilməsi çox vacibdir. Çünki körpənin çəkisinin normal artması eyni zamanda onun sağlamlığı baxımından da əhəmiyyətlidir.

Körpələr neçə kilo olmalıdır?

Burada əhəmiyyətli olan körpənin neçə kilo doğulduğu deyil, doğumdan sonra çəkisinin nə qədər artdığıdır.  Körpələr doğuşdan sonrakı 1-2 həftə ərzində çəkilərini itirməyə başlayırlar. Bunun səbəbi körpədəki bəslənmə vərdişinin dəyişməsidir. Ana bətnində ikən hazır bəslənən körpə doğumdan sonra öz səyiylə bəslənmək məcburiyyətindədir. Döşə alışması üçün vaxt tələb olunduğundan, bu zaman ərzində çəki itirməsi adi vəziyyətdir. Analar bunu fərq etdikləri zaman təşvişə düşməməli və bunun normal olduğunu bilməlidirlər.



Çəki itkisi nisbəti doğum kilosunun təxminən 10%-i ətrafında olur. Yəni 3 - 3,5 kilo aralığında doğulan körpə 1-2 həftəlik olduğu zaman 300 - 400 qr. itirə bilər. Bu da normal səviyyədir və bundan narahat olmaq lazım deyil.

Körpələrin çəkisi doğumdan sonrakı ilk həftələrdə orta hesabla 175 - 225 qr. artır. Müddət artdıqca bu miqdar da uyğun olaraq dəyişəcək. Körpə 6 aylıq olduğu zaman doğumdakı kilosundan təxminən 2 dəfə çox ağırlığa sahib olmalıdır. 6 ayı keçdikdən sonra körpənin çəki alma sürəti azalacaq və o, daha az artmağa başlayacaq.



Vaxtından tez doğulan  körpələrin çəkisinin artması normal doğulan körpələrdən daha fərqlidir. Bu körpələrin artma sürəti digər körpələr kimi nizamlı bir şəkildə olmaya bilər. Tez doğulan körpələrin iki yaşı vardır. Bunlardan biri doğum tarixi olan gerçək yaşı, digəri isə "düzəldilmiş" yaşdır. Məsələn, beş həftə tez doğulan körpə doğum tarixindən etibarən on həftəlik olduğu zaman düzəldilmiş yaşı beş həftəlik olacaq. Buna görə də çəki baxımından vaxtında doğulan beş həftəlik körpələr kimi qiymətləndiriləcək. Tez doğulmuş körpələr lazımi qədər çəki almadıqları təqdirdə həkimlər belə körpələr üçün nəzərdə tutulmuş süni yemək məsləhət görürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!