Körpəniz sizdən nə istəyir?

Körpəniz sizdən nə istəyir?
Bir Ana - Bir Bala
10.09.2017 16
Uşaqlar doğulduqları andan etibarən özlərini etibarlı əllərdə hiss etmək istəyir. Həyatda güvənə biləcəyi tək insan isə şübhəsiz ki, analarıdır. Uşaqların bütün ehtiyaclarını ödəmək üçün analarından gözlədiyi çox şeylər olacaq. Budur, körpələrin analarından gözlədikləri:



İlk yarım saatda əmmək

Doğuşdan sonrakı ilk yarım saatda körpə həm əmmək, həm də ağciyərlərindəki suyu atmaq məqsədilə çox aktiv olur. Bu zaman müddətində ana ilə körpənin yaxınlaşmasi çox vacibdir. Körpə bu zaman içərisində ilk südü alarsa, ananın döş vəzisində süd daha da artar. İlk yarım saat ərzində körpə 3-6 saat rahat yatar və oyandıqda təkrar əmməyə davam edər. Doğuşdan sonrakı beş gün ərzində gələn südə ilk süd deyilir. İlk südün körpə üçün nə qədər xeyirli olduğunu da qeyd etmək lazımdır. 15 günə qədər olan südə keçid südü, 15 gündən sonrakına isə yetkin süd deyilir.



İstədiyi zaman əmmək

İlk doğuşdan çıxan analarımız bəzən öz körpələrini yetərincə qoruya bilməyəcəklərini düşünürlər. Onlara elə gəlir ki, bu işlərin öhdəsindən gələ bilməyəcəklər. Bu zaman müddətində ətrafındakıların ananı dəstəkləməsi, cəsarətləndirməsi və ananın gələcəkdə çox qayğıkeş ana ola biləcəyini deməsi çox vacibdir. Ananın məqsədi körpəni yedizdirərkən tam doyurmaq olmamalıdır, bir çay qaşığı süd belə yetərli ola bilir. Əgər körpə çox arıqlamırsa, bu, qarnının doyduğunu, ac qalmadığını bildirir. Körpəniz hər istədiyi zaman onu əmizdirin. İki əmizdirmə arasındakı vaxt 3.5-4 saatdan çox olmamalıdır.



Köpünü çıxarın

Çalışın ki, körpəniz hər döşünüzdə 20 dəqiqə qalsın. Ona görə ki, körpə yediyi zaman həm yuxu tutmaz, həm də yetərincə süd içər. Hər əmizdirdikdən sonra körpəni dik tutaraq köpünü çıxarın. Unutmayın ki, çox az köp çıxsa belə, yenə də körpə rahatlayacaq. Əmizdirmə zamanı ananın oturma qaydası da çox vacibdir. Ana oturaq vəziyyətdə, körpəni isə çox əyməmək şərti ilə dik vəziyyətdə tutmalıdır. Unutmayın ki, döşün tək ucu yox, qəhvəyi rəngdə olan hissəsi korpənin ağzına tam yerləşdirilməlidir.



Təmiz süd

Körpəsini əmizdirən hər bir ana döşlərinin təmizliyinə fikir verməlidir. Ana gündə bir dəfə mütləq duş almalıdır. Hər dəfə körpəni əmizdirdikdə döşünün ucuna bir damcı süd sürtərsə, həm təmizlənər, həm də çatlaqlara kömək olar. Əsas məqsəd odur ki, körpə üçün ananın öz təbii qoxusu itməsin.



Ana südü

Bəzi analar "Südüm körpəmə çatmır" deyirlər. Belə vəziyyətdə körpə arıqlayarsa, südün miqdarından şübhələnmək lazımdır. Körpənin doyub-doymamasını göstərən bəzi göstəricilər vardır. Yetərincə süd yeyən körpə gündə ən azı 3-4 dəfə altını bulamalıdır. İkinci göstərici körpənin rahatsızlığıdır və qeyd edək ki, hər rahatsızlıq körpənin ac olmağını göstərmir. Yeni doğulan körpə ilk həftə normal olaraq çəkisinin 10 %-ni itirir. Çəki daha çox azalarsa, südün yetərsiz olduğunu, ya da körpənin əmmədiyini düşünmək lazımdır.



Körpəsini daha sağlam və rahat bəsləmək üçün ananın edə biləcəkləri



* Gündə çoxlu maye qəbul etmək;

* Çoxlu şüyüd yemək;

* Çobanyastığı və nanə çayı içmək;

* Hamiləlik zamanı qəbul etdiyi vitaminləri yenidən qəbul etmək.



Mümkünsə 2 yaşınadək süd verin

Bəzi analar südü az olduğu üçün körpələrini özlərindən uzaqlaşdırır və süddən təmiz kəsirlər. Belə etməklə onlar körpələrinin yeməyini başqa yeməklərə əvəz edirlər.



Hansı yemək olur-olsun, ana südünü heç nə əvəz edə bilməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!