İstedadlı övlad böyütməyin asan yolları

İstedadlı övlad böyütməyin asan yolları
Bir Ana - Bir Bala
10.09.2017 9
Bütün valideynlər uşaqlarının bacarıqlı və əməksevər olmalarını istəyirlər. Bəs buna necə nail olmaq olar? Təəssüf ki, bunu hamı bilmir. Bu sirri Yaponiyada çoxdan aşkar ediblər. Nəticənin uğurlu olması üçün ənənəvi tərbiyə və müasir metodlardan istifadə edərək erkən yaşlarından uşaqda bacarıqlar formalaşdırmaq lazımdır. Hər bir verilən tapşırıq "sadədən mürəkkəbə doğru” prinsipinə əsaslanmalıdır.



Bu Yaponiyada əsas tərbiyə prinsipidir. Belə yanaşmanın nəticəsi əla olur− uşaqlar qısa müddət ərzində tədris vərdişlərinə yiyələnir və uğurla təhsillərini davam etdirirlər.



1. Uşaqlara kiçik yaşlarından inkişaf etməyə kömək edin.

Filadelfiya alimlərindən Qlen Domanın insanın potensial inkişafı araşdırmalarında müəyyən edilib ki, insan qəbul etdiyi informasiyanın 80% -ni erkən uşaqlıqda alır. Məktəbəqədər dövrdə bu proses sürətlənir. Əgər valideynlər bu dövrdə uşağa istiqamət versələr – verilən tədrisi qavrama qabiliyyəti inanılmaz dərəcədə artır.



2. "Addım-addım” metodundan istifadə edin.

Bu kiçik uşaqlara lazım olan şeydir. Əgər valideynlər uşaqda konkret vərdişlər formalaşdırmaq (uşağa karandaşı düzgün tutmağı, düz xətt çəkməyi, yazmaq, saymaq, kəsmək və s.) istəyirsə, hazır inkişaf proqramlarından istifadə edə bilər. Məhz bu metod Yaponiyada zehni inkişaf etdirməyin əsasında durur. Bu metod bir il əvvəl Rusiyaya gətirildi və sürətlə yayılmağa başladı. Hal-hazırda 47 ölkədə 4 milyon uşaq bu metod əsasında inkişaf etdirilir.



Bu tapşırıqlar eyni tipli çalışmaların dəfələrlə təkrarlanmasına, tədricən çətinləşməsinə əsaslanır. Bu uşağa çətinlik çəkmədən öyrənilənləri dərk etməyə və yadda saxlmağa kömək edir. Irəliyə atılan kiçik addımlarla sizin körpəniz mütləq uğur əldə edəcək. O, sadəcə öyrənilənləri yadda saxlamayacaq, həm də daha diqqətli olacaq, özünüidarəetmə və özünə inamı artacaq. Məşğul olduğu tapşırıqlar özünün də xoşuna gələcək.

 

3. Ən kiçik nailiyyəti belə tərifləyin.

Ən kiçik nailiyyət- uğura gedən yolda böyük bir addımdır. Uşağı tərifləməyi və yönləndirməyi unutmayın. Əksər inkişafetdirici kitablarda qiymətləndirmə və ya ballar sistemi var. Məsələn, bütün tapşırığı yerinə yetirdikdən sonra xüsusi sertifikat verə bilır və ya parka apara bilərsiniz. Ya da çoxdan istədiyi oyuncağı alaraq onu motivə edə bilərsiniz. Bu uşaqda motivasiyanı artırmaqla yanaşı özünü qiymətləndirməyədə müsbət təsir göstərir.



4. Məşğuliyyətlər maraqlı və oyun xarakterli olmalıdır.

Heç kimə sirr deyil ki, biz adətən bizə maraqlı olanları daha tez yadda saxlayırıq. Ona görə də hər hansı məşğuliyyət uşaqda maraq oyatmalıdır. Uşaqlar əsas məlumatları oyun vasitəsilə qəbul edirlər. Tapşırıqların oyun xarakterli və interaktivliyi çox vacibdir. Məsələn, zaman, vaxt, saat haqqında uşağa sadəcə danışa bilər və ya saatın əqrəbləri ilə oynayaraq öyrənməyi əyləncəli hala gətirə bilərsiniz. ikinci halda uşaqda daha çox maraq oyanacaq və özü bunu davam etdirmək istəyəcək.



5. Uşaqda müstəqilliyi inkişaf etdirin.

3 yaşında uşaqda müstəqillik, "mən özüm” anlayışı inkişaf etməyə başlayır. Ona mane olmayın, tam əksinə onun cəhdlərini inkişaf etdirməyə çalışın. Oynayanda, şəkil çəkəndə, yapışdıranda mane olmayın, xüsusilə nəsə düzəliş verməyə çalışmayın. Hər müstəqil atılan addım hətta səhv olsa belə, gələcəkdə uğura aparan yol ola bilər. Bunlar uşaqlarda vərdişlərin formalaşmasına və sistemli öyrənməni formalaşdırır, bu da uğurlu təhsil almağın əsasında durur. Uşağa çox şeyi sərbəst etmə güvənliyini verir. Buna görə də uşaq yenə də və yenidən uğur əldə etməyə cəhd edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!