Körpənin dırnağını necə kəsmək lazımdır?

Körpənin dırnağını necə kəsmək lazımdır?
Bir Ana - Bir Bala
10.09.2017 13
Xüsusilə də yeni ana olanları çox narahat edən və ən qorxduğu məsələlərdən biri də körpələrin dırnağını kəsməkdir.



Dərinmi kəsdim, azmı kəsdim, onu incitdimmi, içində mikrob yığılmasın bircə, üzünü cırmasın, nə qədər kəsməliyəm... Bu kimi suallar yeni ana olmuş bütün qadınları düşündürür... Bəs körpəni incitmədən, ağrıtmadan dırnağını necə kəsmək olar?



Bunun üçün ilk öncə körpəyə uyğun dırnaq qayçısı seçmək lazımdır.



Körpənizin dırnaqlarını ən rahat onun yatdığından əmin olduğunuz an kəsə bilərsiniz. Əlbəttə ki, oyanmayacağına da əmin olmalısınız.



Çox insanda olduğu kimi, körpələrdə də dırnaqlar adətən hamamdan sonra kəsilir. Suyun altında yumşalan dırnaqları kəsmək həm zəhmətsiz, həm də ağrısızdır.



Əgər dırnaqlarını o oyaq olduğu zaman kəsəcəksinizsə, onda zədələnmələrin qarşısını almaq üçün kiçik barmaqlarını möhkəm tutmağınız lazımdır. Əllərini durmadan açıb-bağlamaq istəyəcəkləri üçün bu hal barmaq uclarının yaralanmasına səbəb ola bilər.



Dırnaqları kəsərkən körpənizin dırnaq formasını çox yaxşı seçməli və bu formaya uyğun da düz və ya qövs şəkilli kəsməni həyata keçirməlisiniz.



Bu, ayaq dırnaqlarını kəsən zaman daha asandır. Düz şəkildə kəsə bilərsiniz.



Dırnaqları kəsib qurtardıqdan sonra qalan çıxıntıları hamarlayın. Bunu uşaq dırnaq itiləyicisi vasitəsilə edə bilərsiniz.



Əgər ehtiyatsızlıqla körpənizin barmağını kəsmisinizsə, panikaya düşmədən tənziflə silin. Bu zaman qan çox tez kəsiləcəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!