Uşağınız kobudluq edir...?

Uşağınız kobudluq edir...?
Bir Ana - Bir Bala
10.09.2017 39
Unutmayın ki, səbəb olmadan kobudluq və aqressiya olmur. Sadəcə, bu cür davranışın həqiqi səbəbini öyrənmək, ayırd etmək lazımdır. Ola bilər, uşaq yorulub, ya da yaşıdları ilə uyğunlaşa bilmir. Bu vəziyyəti birlikdə aydınlaşdırmağa çalışın.

Siz də ona qarşı kobud rəftar etsəniz, övladınızla münasibətləriniz daha da korlana bilər. Uşağınızın kobudluqlarına sakitliklə yanaşın və ona izah edin ki, onun da öz fikrini söyləməyə haqqı var, ancaq bunu bir qədər nəzakətlə deməlidir.



Uşağa düzgün ifadə və nəzakətli danışıq tonunu öyrədin. Onun kobud danışığından ədəbsiz və təhqirli sözldəri çıxarıb, onu başqa ifadələrlə əvəz etməyə çalışın. Məsələn, uşaq yemək vaxtı deyir: "Mən bu sarsaq kotletləri yeməyəcəyəm”. Ondan xahiş edin ki, belə desin: "Mən kotleti çox da sevmirəm. Zəhmət olmasa, gələn dəfə mənə başqa bir şey hazırla”.

Əgər uşağın ədəbsiz rəftarına əhəmiyyət verməsəniz, bu hal adət şəklini alacaq və beləliklə də siz onu bütün ömrü boyu problemlərlə üz-üzə qalmağa məhkum etmiş olacaqsınız.

Uşaqlar tez-tez böyüklərin hərəkətlərini təkrar edirlər. Ailədə qarşılıqlı münasibətlərə diqqət yetirin. Uşaqların yanında mübahisə etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!