Uşaqdan nə istədiyini soruşmadan lazım olanı edin

Uşaqdan nə istədiyini soruşmadan lazım olanı edin
Bir Ana - Bir Bala
10.09.2017 1
Valideynlər tez-tez uşaqlarından soruşurlar: "Yemək istəyirsənmi?”, "Geyinəkmi?” və ya "Sən çiş etmək istəyirsənmi?” İş burasındadır ki, uşağın, xüsusilə 1-3 yaşlı uşağın təbii cavabı, demək olar ki, həmişə "yox” olacaq. O zaman yazıq ana uşağı onsuz da gec-tez edəcəyi işdən ötrü dilə tutmalı olur. Mübahisələr uzandıqca uzanır. Əziz analar! Yaxşı olar ki, uşağa seçim imkanı verməyəsiz.Yemək vaxtı gəlibsə, yeməyini verin. Düşünürsüz ki, tualetə getməlidir, səbəbini söyləmədən onu soyundurub qorşoka oturdun.



Uşağı öz məşğuliyyətindən ayırmaq lazım gəlirsə, bunu nəzakətlə edin. Əgər sizin yaş yarımlıq uşağınız kubiklərlə oynayırsa və onun şam yeməyinin vaxtıdırsa, siz onu kubikləri ilə birlikdə stola aparın və oynamaq üçün ona qaşıq verin. Qaşığı ona verdikdən sonra artıq kubikləri yığışdıra bilərsiniz. Əgər sizin iki yaşlı uşağınızın yatmaq vaxtıdırsa və o, oyuncaq itlə oynayırsa, ona təklif edin ki, iti yatırtsın.Əgər 3 yaşlı uşaq maşına ip bağlayıb sürürsə və onun çimmək vaxtıdırsa, ona vanna otagına qədər çox uzun bir səyahət təklif edin.



Bilin ki, siz uşaqların məşğuliyyətinə diqqət etsəniz, onlar da sizə güzəşt edərlər.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!