Uşağın çimizdirilməsi

Uşağın çimizdirilməsi
Bir Ana - Bir Bala
10.09.2017 19
Bədənin möhkəmləndirilməsi və təmizliyi üçün çimizdirmə çox vacibdir. İlk dəfə uşağı göbək ciyəsi düşən gün çimizdirirlər. Əsasən isti hava şəraitində uşağı hər gün çimizdirmək lazımdır. Bu zaman o daha rahat olar və sakit yatar.



Uşaqlar üçün nəzərdə tutulmuş maye sabunlardan və ya gellərdən həftədə iki dəfə istifadə etmək kifayətdir. Uşağın başını xüsusi uşaq şampunu ilə həftədə 1-2 dəfə yumaq olar.



Uşağı axşam yeməyi və gecə yuxusundan qabaq çimizdirmək məsləhətdir. Çimizdirmək üçün plastmas və ya şirəli vannalardan istifadə edin. 2-3 ayına qədər uşaqlar üçün suyu qaynadıb 36-370C - yə qədər soyudurlar. Çimmə otağının hava temperaturu 250C - dən aşağı olmamalıdır. Suyun temperaturunu ölçmək üçün xüsusi termometrlərdən istifadə edirlər. Çimizdirmə müddəti 5-7 dəqiqədir. Çimmə qurtarandan sonra uşağı sudan çıxarıb uzərinə ilıq su töküb təmiz əsgiyə bürüyürlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!