Peyvəndlər haqqında

Peyvəndlər haqqında
Bir Ana - Bir Bala
10.09.2017 15
Uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilərlər.



Uşaq infeksion xəstəliklərinin profilaktikasında əsas tələbat peyvəndlərin aparılmasıdır. Peyvəndlərin edilməsi çox vacib hesab olunur.



Onlar uşaqların sağlamlığını və həyatını xilas edir! Peyvəndlərdən imtina etmək olmaz! Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər.



Əgər uşaqda hər hansı bir xəstəlik və ya fərdi xüsusiyyətlər olarsa, həkim-pediatr onu müayinə edərək, bu və ya başqa peyvəndin oluna bilməsi və vaxtı barədə qərar verir, lazım olduğu hallarda isə uşaq orqanizmini peyvəndin olunmasına hazırlamaq məqsədi ilə xüsusi dərman preparatları təyin edir.



Peyvənd yalnız sağlam uşaqlar oluna bilər. Onu yerinə yetirməzdən qabaq həkim mütləq uşağı müayinə etməlidir.



Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qorumalı, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq, qida rasionundan allergiya verə biləcək maddələri (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) çıxarmaq lazımdır.



Valideynlər həkimdən peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyaları da öyrənməlidirlər. Çox nadir hallarda peyvənddən sonra həkim müdaxiləsi tələb olunan fəsadlar da baş verə bilər.



Vərəmə qarşı peyvənddən sonra peyvənd yerində normal reaksiya baş verir: vurulduğunun 4-cü günündə iynə yerində ölçüsü 2-3 mm olan ləkə, 1-1,5 aydan sonra həmin yerdə dəri səthindən 5mm-ə qədər qalxan papula, daha sonra kiçik yara əmələ gəlir. Sonra dəri quruyur, qabıq əmələ gəlir, o da düşdükdən sonra isə diametri 5-7 mm ölçüdə dartilmış çapıq qalır ki, bu da peyvəndin (BSC) müvəffəqiyyətlə keçməsinin əlamətidir. Peyvənd yerində yara əmələ gəldiyi zamanı gigiyena qaydalarına əməl etmək lazımdır: usağı çimizdirərkən həmin yeri sürtməmək, əllə toxunmamaq, həmin sahəni sarımamaq, yod, "zelyonka” (brilyant yaşılı) və s. ilə sürtməmək.



Polimielitə qarşi vaksini yeməkdən qabaq ağıza damızdırırlar. Bundan sonrakı 1 saat ərzində uşağa yemək və içmək qadağan olunur. Əgər peyvənddən sonra uşaq gəyirər və ya qusarsa, ona yeni doza vermək lazımdır.



Difteriya, göyöskürək, tetanusa qarşı olan (ona çox vaxt "AKDS" deyilir) peyvənddən sonra əksər hallarda ilk üç gün ərzində uşaq üçün qorxulu hesab edilməyən yerli (iynə vurulan yerdə qızartı, diametri 2-5 mm ölçüdə bərkimə) və ümumi (hərarətin bir qədər qalxması, ümumi halsızlıq, iştahanın azalması) reaksiyalar baş verə bilər. Nadir hallarda hərarətin 400 C-yə qalxması, qıcolmalar da baş verə bilər.



Peyvəndə qarşı olan reaksiya barədə valideynlər mütləq həkimə məlumat verməlidirlər.



Valideynlər həmçinin onu da bilməlidirlər ki, hazırda AaKDS (asellyular vaksin) də hazırlanmışdır ki, o da AKDS vaksinindən daha az hallarda uşaq orqanizmi tərəfindən reaksiyaya (hərarətin qalxması, halsızlıq və s.) səbəb olur.



Qızılca, məxmərək, epidemik parotitə qarşı peyvənd nadir hallarda müxtəlif reaksiyalar verə bilər. Bəzən bu peyvənddən sonra iynə vurulan yerdə 1-2 gün ərzində toxumanın azca qızartısı və şişkinliyi qeyd edilir. Nadir hallarda peyvənd vurulduqdan 6-18-ci günlər ərzində uşaqlarda halsızlıq, iştahanın azalması, hərarətin qalxması, bir qədər zökəm və öskürək, bəzən isə qizılcayabənzər səpgilər əmələ gələ bilər. Bundan 3-5 gün sonra bütün simptomlar keçib gedir. Bu zaman, adətən, müalicə tələb olunmur. Vurulan peyvəndə bu cür reaksiya verən uşaqlar ətrafdakılar üçün yoluxdurucu hesab olunmur.



Bəzi hallarda qızılca, məxmərək, epidemik parotitə qarşı peyvənddən sonra qulaqaltı tüpürcək vəzilərinin bir qədər böyüməsi müşahidə edilə bilər. Bu simptomlar 2-3 gün ərzində keçib gedir.



Uşaqlarda hepatit B peyvəndindən sonra, adətən, heç bir reaksiya olmur.



Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!