Yeniyetmənin məşhurlara heyranlığı - Valideynlərə xəbərdarlıq!

Yeniyetmənin məşhurlara heyranlığı - Valideynlərə xəbərdarlıq!
Bir Ana - Bir Bala
10.09.2017 8
Qiymətləndirmə hissi yeniyetmələrdə yetkinlik duyğusunu oyadan ən önəmli
amildir. Hər birimizin yeniyetməlik dövründə heyran olduğumuz, özümüzü
bənzətməyə çalışdığımız kumirimiz başqa sözlə, sevimli aktyormuz (
aktrisa ) olub.



Yeniyetməlik dövründə bir çox insanlar məşhurlara heyranlıq duyaraq
onları təqlid edirlər. Bu vəziyyətdə ailələrin tənqidçi olmamaları
lazımdır.

Yeniyetməlik dövrü insanlarda şəxsiyyətin formalaşmağa başladığı,
həyatla bağlı məsələləri gənc və təcrübəsiz düşüncəsi ilə dərk etdiyi və
idarə etməyə çalışdığı vaxtdır. Yeniyetmə olmaq, ailə, məktəb, dostlar
çevrəsi, məşhur sosial əhatə ilə böyüməkdir. Başqa sözlə, insanların
ondan gözlədiklərinin nə olduğunun fərqinə vardığı mərhələ hesab olunur.

Analar deyinir, "Qardaşımın məşhurlara olan marağı bizi qorxudur, 16
yaşında qardaşım var, bir müddətdir qəribə davranır, saçlarını cürbəcür
formalara salır. Elə bilir ki, Justin Bieberdir" - deyə, bacılar
deyinir.

 

Digər tərəfdə isə yeniyetmə şəxsiyyət olaraq özünü tam ifadə edə bilmir.
Belə vaxtlarda hiss edilən çatışmazlıqla mübarizə aparmaq üsulu olaraq
yeniyetmə ideallaşdırdığı, çevrəsinin ya da toplumun qəbul etdiyi
insanları özünə obraz seçir.

Bu insanlar sənət, siyasət, idman sahəsində məşhur olan simalardan
tutmuş, qonşuluqdakı əmilər, dayılar, xalalar, bibilər də ola bilər.
Məsələn, yeniyetmələr uşaq olarkən sevdikləri futbolçunun adını
köynəklərinin arxasına yazdırıb futbol oynayarkən də özləri-özlərinə
şərhçilik də edirlər. Şərhçi uşaq topu özü vurur, amma həm də formasında
yazılan adı çağırır. Bunun adı ideallaşdırmaqdır. Uşaq öz şəxsiyyətini
ideal şəxsiyyətlə bağlayır. Topa yeniyetmə Əhməd vurur, amma o topu Arda
Turan kimi vurur. O, özünü Arda Turan kimi hiss edəndə topa daha inamla
və güvənlə vurur.

 

Yeniyetmə fərdlər təsdiqlənmək istəyir

Model kimi qəbul edilən insanlar yeniyetmənin həll edə bilmədiyi
suallara cavab verə bilirlər. Onların qəbul edilən obraz olmalarına
səbəb geniş kütlə tərəfindən təsdiqlənmələridir. Təsdiqlənmə hissi
yeniyetmələrdə güvən və inam hissini oyadan ən önəmli faktorlardandır.
Buna görə də, təsdiqlənən obraz kimi davranmaq, onun kimi geyinmək, onun
kimi danışmaq, istifadə etdiyi aksessuarlardan istifadə etmək yeniyetmə
üçün böyük əhəmiyyət kəsb edir.

 

Lakin bəlli bir müddətdən sonra yeniyetmə kimisə təqlid etməkdən
yorulacaq. Bundan sonra isə o özünə aid olan davranışları nümayiş
etdirməyə başlayır. Lakin məşhuru təqlid etmək bir vərdişə də çevrilə
bilər, buna görə də yeniyetmənin həyatına diqqət etmək lazımdır. Zaman
keçdikcə onun özünə aid davranış və xüsusiyyətlərinin daha maraqlı
olduğunu bildirmək lazımdır.

 

Ailələrin diqqətinə!

Obraza girən yeniyetməyə qarşı kəskin mövqe tutmayın. Yeniyetmə yolunu
aza bilər və özünü arada qalmış hiss edə bilər. Daha yaxşı olar ki,
yeniyetmə ilə  onun yaratdığı obraz haqqında danışın, onun həmin obrazda
nəyi bəyəndikləri ilə maraqlanın. Bu zaman yeniyetmədə nəyin
çatmadığını biləcəksiniz. Valideynlər övladlarına yaxın olmalıdırlar.
Onun bütün davranışlarına qayğı ilə yanaşın, özünü tapmasına kömək edin.
Bu zaman o yaratdığı obrazdan daha tez əl çəkəcək. Əks halda isə,
psixoloqa müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!