Uşaqlarda yarana bilən diqqət əksikliyi probleminin sadə müalicəsi

Uşaqlarda yarana bilən diqqət əksikliyi probleminin sadə müalicəsi
Bir Ana - Bir Bala
10.09.2017 42
Uşaqlarda yarana bilən diqqət əksikliyi (türkcə qısa adı-DEHB) probleminin sadə müalicə üsullarından biri istifadə olunacaq dərmanları vaxtında və düzgün qəbul etməkdir. DEHB-in müalicəsi üçün bəzi dərmanların ən tez rast gəlinən yan təsirləri bunlardır:



İştah və çəki itirilməsi

Yuxu problemləri

Baş ağrısı

Gərginlik, əsəbilik

Sosial utancaqlıq

Mədə ağrısı

Sızanaq



Onuda qeyd etmək lazımdır ki, dərmanlarda xəbərdaredici məlumatlar istənilən səviyyədə olmadığından mədə bulanması, yorğunluq və s. buna bənzər hallar ola bilər.



Uzaq keçmişdə bəzi mütəxəssislər və valideynlər qida boyası, şəkər və salisilatlar ehtiva edən möhkəm bir pəhriz ya da yüksək dozada təbii vitamin, qida möhkəmlətmələri ilə yarana biləcək diqqət əksikliyi narahatlıqlarını aradan qaldıra bilirdilər.



Ümumi sağlamlıq vəziyyətinin qoruna bilməsi üçün, balanslı və düzgün qidalanmaq lazımdır.



Sadalanan simptomlar adətən keçici xarakter daşıyır. Daha dəqiq mərkəzi sinir sisteminin yetkinliyinin başa çatmaması kimi qiymətləndirilir.

Müalicəsi həmişə kompleks şəkildə aparılır. Buraya davranışın modifikasiyası metodları, psixoterapiya, psixoloqo-pedaqogik korreksiya aiddir.



Qeyd etmək lazımdır ki, müalicə prosesinə təkcə uşaqğı deyil, valideynləri, ailə üzvlərini və müəllimləri cəlb etmək lazımdır. Hər şeydən öncə yaxınlarına başa salmaq lazımdır ki, uşağın hərəkətləri və təhsildə zəifliyi şüurlu proses kimi baş vermir. Həmçinin davranış pozğunluğu müalicəyə tabe olur, hiperaktivlik isə yaş artdıqca azalır, lakin bu proses uzun müddət gedə bilər. Diqqətin defisiti və hiperaktivlik sindromu gen mutasiyası və xromosom aberasiyası kimi anomaliyalarla, psixi pozğunluqlar-autizm, əqli zəiflik, həmçinin eşitmənin və nitqin pozğunluğu ilə şərtlənən minimal beyin disfunksiyası ilə təzahür edir.

Ona görə də bu sindrom müşahidə olunan uşaqlar hərtərəfli müayinə olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!