Daha çox hansı qadınların qız övladı olur?

Daha çox hansı qadınların qız övladı olur?
Bir Ana - Bir Bala
10.09.2017 13
Stress sağlamlığa, xüsusən də hamiləlik müddətinə mənfi təsir
göstərən amillər sırasına daxildir. Gələcəkdə dünyaya gələn uşağın
fiziki və ruhi sağlamlığına da təsir göstərir. Aparılan araşdırma
nəticəsində məlum olub ki, hamiləlik müddətində həddən artıq stresslə
yüklənənlər dünyaya əsasən qız övladı gətirir.
 
 
Hamilə olan 6 min qadından əldə edilən məlumatlara əsasən,
hamiləliyin əvvəlindən etibarən müxtəlif səbəblərdən depressiya
çəkənlərdə qız uşağına sahib olma ehtimalı 5% daha çox olur. Bu rəqəm
çox olmasa da, stressin körpəyə başqa mənfi təsirləri də mövcuddur.
Mütəxəssislərin fikrincə, hamiləlikdə yaşanan stress uşaqda yüksək
təzyiq, piylənmə, şəkərli diabet kimi problemlərə yol açır. Stress,
həmçinin, bir çox fiziki problemlərə də səbəb olur. Mütəxəssislər ana
namizədlərinə bu qaydalara əməl etməyi tövsiyə edib:
 
Ana olan hər qadın ilk növbədə özünə güvənməyi bacarmalıdır.
 
Mənəvi dəstəyin təmin edilməsi üçün vaxtını səmərəli istifadə etməlidir.
 
Sağlam qidalanmalı, yetərli qədər dincəlməli və istirahət etməlidir.
 
Narahatçılıq yaradan hadisələrdən uzaq durmalıdır.
 
Əzələləri istirahət etdirmək və nəfəs almaq məşqlərinə vaxt ayırmalıdır (yoqa və s.).
 
Hamilə qadın onu narahat edən bütün problemləri həkimlə məsləhətləşməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!