Bişməcə haqqında

Bişməcə haqqında
Bir Ana - Bir Bala
10.09.2017 63
Körpələrin dərisi hələ çox qurudur, çünki tər vəziləri kifayət qədər
inkişaf etmiş olmur. Buna görə də onların dərisində büküş yerlərində
tez-tez bişməcələr əmələ gəlir – dəri çatlayır, qızarır və qıcıqlanır.
Əksər hallarda onlar xüsusilə qasıq və sağrılararası büküşlərdə, bəzən
isə bədənin digər hissələrində də əmələ gəlirlər. Pis qulluq və eləcə də
körpənin alt paltarı və geyimi üçün istifadə olunan yuyucu maddələrə
yaranan allergiya – bişməcələrin əsas səbəblərindəndir. Vaxtında müalicə
tədbirləri görülməsə, bunlar açıq yaralara (xoralara) keçə bilər.
 
Bişməcələrin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha
yaxşıdır. Bişməcələrin profilaktikası üçün uşağı tez-tez yuyundurmaq;
uşaq bezini hər 3-4 saatdan bir dəyişdirmək; əsgilərini, paltarlarını
hər zaman təmiz saxlamaq; uşaqların paltar və əsgilərini xüsusi uşaq
yuyucu tozları ilə yumaq və axar suyun altında yaxşıca yaxalamaq; uşaq
paltarlarını qaynar ütü ilə ütüləmək; hava vannalarının müddətini
artırmaq lazımdır. Xüsusi uşaq kremlərdən və yağlardan istifadə edilməsi
də çox yaxşı effekt verir. Ancaq nəzərə almaq lazımdır ki, uşaq
kremləri və yağları ilə uşağın bütün dəri örtüyünü sürtmək olmaz. Bu,
uşağın sağlamlığı üçün çox vacib hesab olunan dərinin tənəffüs
funksiyasını pozaraq hətta hipoksiyanın (qanda oksigenin miqdarının
çatışmazlığı) əmələ gəlməsinə səbəb ola bilər.
 
Qida allergiyasından əziyyət çəkən uşaqlarda bişməcələrə daha
tez-tez rast gəlinir. Uşağın və ya süd verən ananın rasionundakı
allergen məhsullar uşağın nəcisinə və sidiyinə kəskin yeyici xüsusiyyət
verir ki, nəticədə uşağın dərisi qıcıqlanaraq iltihablaşır.
 
Uşağın dərisində bişməcələr əmələ gəlmişdirsə, onunla mübarizədə
ən yaxşı üsul – hava vannalarıdır. Dərinin zədələnmiş hissələrinə
tərkibində sink olan uşaq kremləri (o, dərini bir gədər qurudur) sürtmək
lazımdır. Uşağı çimizdirərkən onun vannasındakı suya kalium permanqanat
("marqantsovka”) və ya ot dəmləmələri (çobanyastığı, adaçayı, pişikdili
və s.) əlavə etmək də yaxşı nəticə verir. Bu zaman uşaq tozundan isə
imtina etmək tövsiyə olunur. Bu tozlar büküşlərdə yığılaraq, uşağın
vəziyyətinə pis təsir edir.
 
Bişməcə mikrob iltihabı ilə qarışarsa, körpədə bələk dermatiti
əmələ gəlir. Uşağın dərisi hətdən artıq quru olur, qızarır və şişir. Bu
halda mütləq pediatra müraciət etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!