Uşağı məktəbə gedən valideynlərə 5 məsləhət

Uşağı məktəbə gedən valideynlərə 5 məsləhət
Bir Ana - Bir Bala
10.09.2017 16
Gənc valideynlərin əksəriyyəti uşağı məktəbə necə yola salmağı və yeni dərs ilinə problemsiz başlamağın yollarını düşünürlər. Mütəxəssislərin bununla bağlı valideynlərə bir sıra tövsiyələri var.



Məktəb ilinin başlamasına qədər valideynlərin əsas işi uşağın sağlam olduğuna əmin olmaqdır. Əgər uşağın sağlamlığı ilə bağlı hər hansı problemi varsa, onu mütləq həkimə göstərin. Nəzərə almaq lazımdır ki, məktəbə qədəm qoyan uşaq yeni  və fərqli sistemə düşür, qida və istirahət sistemində dəyişiklik olur.



Uşağa yuxudan tezdən oyanmağı öyrədin. Bunu dərsə bir neçə gün qalmışdan başlayın. Elə bu gündən başlaya bilərsiniz. Əgər uşağı səhər zəngli saatın səsi oyadarsa, bu onun psixologiyasına pis təsir edər və onda stress yaradar. Ona görə də çalışın ki, uşaqda səhər yuxudan erkən oyanmaq vərdişi yaransın.



Uşağınızın səhər yeməyini yeməsinə fikir verin. Nəzərə alın ki, səhər yeməyi orqanizmi enerji ilə təmin edir və gün ərzində aktiv olmasına kömək edir.



Uşağa gigiyena qaydalarını öyrədin və bunun mütləq olduğunu başa salın. Məsələn, ona yemək yeməzdən əvvəl, ayaqyoluna gedəndən sonra, oyun oynayandan sonra – xüsusən də oyun küçədə oynayıbsa, əllərini yuyulmalı olduğunu izah edin. Əksər infeksiyaların çirkli əl vasitəsilə keçdiyini nəzərə alsaq, bu, onu bir çox xəstəliklərdən  qorumuş olar.



Uşağa başa salın ki, dırnaqları, qələm və karandaşı gəmirmək olmaz. Dırnağın altında, eləcə də, qələm və karandaşın səthində çoxlu təhlükəli bakteriyalar var. Onların bir çoxu orqanizmə ağız vasitəsilə keçir və çox ciddi problemlərə səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!