Boşanma qərarı uşağa necə deyilməli?

Boşanma qərarı uşağa necə deyilməli?
Bir Ana - Bir Bala
10.09.2017 18
Ərlə arvadın evliliyi bitirmək qərarı alması əlbəttə asan deyil.
Xüsusilə, uşaqlı ailələr üçün qərar müddəti uzun və çətin ola bilir.
Tərəflərin ən çox çətinlik çəkdiyi iş- şübhəsiz uşaqlarına boşanma
qərarını necə izah edilməsi və uşağın bunu necə qarşılayacağı. Yaxşı,
boşanma qərarı uşağa necə deyilməli?
 
Qərar evdə izah edilməlidir.
 
Boşanma qərarının mümkünsə ortaq yaşanılan evdə uşağa açıqlanması
lazımdır.  Bunun aydın bir dillə izah edilməsinin lazım olduğu xüsusilə
vurğulanır.
 
Təbii davranmağı tövsiyə edən psixoloqlar, Təbii olmayan bir
hərəkət və ya bir söz, uşaqda çox əhəmiyyətli bir şey olur hissi
oyandıra bilər.
 
Uşağa "Ana-ata artıq bir arada yaşamayacaq. Ayrı evlərdə yaşamağa
qərar verdik. Birlikdə eyni evdə yaşayanda anlaşa bilmirik.  Bəzən
yoldaşlar anlaşa bilmirlər, mübahisə edib birlikdə oynamaq istəmirlər ya
... Biz də eyni evdə yaşamayacağıq, bir-birimizin arvadı və əri
olmayacağıq. Amma sənin anan və atan olmağa davam edəcəyik" deyilə
bilər. Uşağın ağılına suallar gələ bilər. Bu sualların cavabları mütləq
verilməlidir. Çünki sualları cavabsız qalan uşaq, cavablarını fərqli
şəkillərdə tapmağa başlayacaq.
 
Yenə anan və atan olacağıq amma ...
 
Yoldaşların boşanma qərarı alarkən bitirdiyi vəzifələrinin
evlilik olduğunu uşağa özüylə əlaqədar analıq və atalıq əlaqəsinin davam
edəcəyinin izah edilməsi lazım olduğunu söyləyən psixoloqlar deyirlər
ki:
 
"Yoldaşların boşanma qərarı alarkən bitirdiyi əlaqə evlilikdir.
Ana və ata olmaq davam edəcək. Uşaq baxımından baxıldığında ana və
atanın olduğu bir ailə anlayışı kifayətdir. Çünki, uşaq üçün əhəmiyyətli
olan, xüsusilə kiçik yaşlarda, yeni-yeni öyrənməyə başladıqlarında,
 güvəndə olduqlarını bilməkdir. Boşanma qərarının açıqlanması zamanı ana
və atanın birlikdə edəcəyi şərhdə ailələrin bu mövzuya vurğu etmələri
lazımdır. Tərəflər boşanma qərarını uşağa söyləyərkən anlaşamadıqları
üçün artıq bir arada yaşamayacaqlarını, ancaq ana və ata olmağa və
həmişə birlikdə bir ailə olmağa davam edəcəklərini söyləməlidir. "скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!