Uşaq başından zədə alarsa, nə etməli?

Uşaq başından zədə alarsa, nə etməli?
Bir Ana - Bir Bala
10.09.2017 8
Uşaqlarda əsasən ilk 2 yaşda hündür yerdən yıxılma, başının sərt şəkildə harasa dəyməsi, yeriyərkən, iməkləyərkən başından zədə alma halları daha sıx rastlanır. Körpənin də başından zədə alması hər ailəni narahat edən bir haldır.



Uşaq başından zədə alsa, ilk olaraq nə etməliyik?



İlk olaraq ümumi vəziyyət dəyərləndirilməlidir.



- Uşağın nəfəs alıb-verməsində çətinlik görülürsə,



- Baş hissəsində çökmüş hissə varsa,



- Göz bəbəkləri simmetrik deyilsə



- Uşağın əl və ayaqlarında qıcolma yaşanırsa,



- Təkrarlanan qusma varsa,



- Qulaq, ya burundan maye gəlirsə,



- Qol, ya ayaqlarda gücsüzlük, hissizlik yaşanarsa,



- Yeriyən uşaq yeriyə bilmirsə,



- Huşunu itiribsə,



- Yatmaq vaxtı deyil, ancaq yatırsa, ya da yatan halda oyanmırsa



- Qanayan və dayanmayan kəsik varsa, dərhal həkimə aparılmalıdır.



Uşqların başından zədələnmə hallarının 95%-də həkimə aparmaq mütləq olmur. Ancaq evdə də ilkin yardım olaraq kəsik varsa, parçanı üstündən basın və spirtlə təmizləyin. Şiş varsa, buz qoyun. Yatızdırın, ancaq iki saatdan bir yoxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!