Körpənizi yanıqlardan qoruyun

Körpənizi yanıqlardan qoruyun
Bir Ana - Bir Bala
10.09.2017 15
Yeriməyə başlayan körpələrimizi yanıqlardan qorumaq üçün mümkün qədər hər şey etmək istəyirik – onlar çox ağrılı olur və dərini də zədələyir. Bir yaxşı fikir: sobanın üstündəki isti qazanın tutacağını sobanın içərisinə doğru çevirin. Yanıqlardan qorunma barədə daha ətraflı məlumat.



Yanıqlar çox ağrılı olur və körpəmizin dərisini zədələyir. Bunun qarşısını almaq üçün aşağıdakı tədbirlər görə bilərsiniz:

 

Övladınız otaqda olmasa belə isti qazan, yaxud tavanın qulpunu hər zaman sobanın içərisinə doğru çevirin.

Açıq qalmış qızdırıcıların üstünü örtün və ya qarşısına maneə qoyun.

Buxarı, manqal və evdə olan hər hansı isti səthləri gizlədin və ya qorunmaq üçün haşiyəyə alın.

Körpəniz təsadüfən özünü yandırmasın deyə su qızdırıcısını Farenheyt şkalası ilə 120 dərəcə (00C = 320F) və ya daha aşağı dərəcəyə qoyun.

Körpənizi vannaya qoymazdan öncə biləyinizin və ya dirsəyinizin iç tərəfi ilə suyun istiliyini yoxlayın.

Övladınız özünü çox isti su ilə yandırmasın deyə su kranını bağlayın.

Elektrik naqillərini yolunuzun üstündən götürün. Əgər övladınız onları dişləsə özünü yandıra bilər.



Əgər övladınız özünü yandırıbsa və yarası suluqlayıbsa deməli ikinci dərəcəli yanıq alıbdır. Düzgün müalicə aparılması üçün uşaq həkiminə aparın. Övladınızın sifətində və əllərində yanıq olduqda ona xüsusi diqqət yetirmək lazımdır, ona görə də hətta kiçik olsalar belə bu yaralara həkim baxmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!