Barmaq sorma və digər sakitləşdirici tədbirləri

Barmaq sorma və digər sakitləşdirici tədbirləri
Bir Ana - Bir Bala
10.09.2017 8
Yenicə doğulmuş dərrakəli uşaqlar cəld başa düşürlər ki, narahat olan kimi barmaq sorma üsulu onları sakitləşdirir. Biz onları həmçinin qucağınızda yırğalayaraq, körpə yelləncəyində yelləyərək, yaxud "kenquru” körpə daşıyıcısında  gəzdirərək rahatlada bilərik. Sakitləşdirmə barədə daha ətraflı məlumat əldə edin.



Yeni doğulmuş körpələr üçün sorma vərdişi sağlam, özünü sakitləşdirici bir davranışıdır. Üç həftəlik körpə narahat olduqda və ya rahatlamağa çalışanda öz və ya sizin barmağınızı sormağa çalışacaq. Ona bu vərdişi təkmilləşdirməsinə yardım etmək üçün əllərinə əlcək taxmayın və ya örtməyin, əllərini sifətinə yaxın bələyin və uşaq oturacağında olduqda çiyinlərinin arxasına əl dəsmalı rulonu və ya uşaq yorğançasını qoyun.



"Kenquru” körpə daşıyıcısı və yelləncək kimi xilaskarlar!



Ümumilikdə bütün dünyada bu yaşda olan körpələr günorta və axşam ağlamağa vərdiş edirlər.  Bu qışqırıqlar o demək deyil ki, o nəsə istəyir və ya siz nəyi isə düzgün etmirsiniz – bu, onun sinir sisteminin inkişaf etməsi deməkdir. Əlbəttə ki, körpənizin qışqırığına qulaq asarkən bunları bilmək o qədər də kömək etmir. Sakit qalmağa çalışın. Körpənizi yırğalayın, mahnı oxuyun və onu bələyin. Gün ərzində onu "kenquru” körpə daşıyıcısında gəzdirin – bu sonralar onun ağlama saatlarını azalda bilər – və onu uşaq yelləncəyinə qoymağa çalışın; hərəkət etmək çox vaxt narahat körpənin sakitləşməsinə kömək edir.



MÜ (Məlumat üçün): Bu yaşda körpələr tələbkar olurlar və əvəzində çox şey  vermirlər, ona görə də bu müddət sizin üçün xüsusilə çətin ola bilər. Yüxüsüzluq və gündəlik həyatınızda böyük dəyişikliklərin baş verməsi valideynlərə çox əziyyət verir. Dözümlü olun! Buna hamiləliyinizin bir az uzadılması kimi baxın. Körpəniz yatdığı zaman dincəlin və müntəzəm olaraq yemək yeyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!