Yeni doğulmuş körpənin görmə qabiliyyəti nə vaxt inkişaf edir?

Yeni doğulmuş körpənin görmə qabiliyyəti nə vaxt inkişaf edir?
Bir Ana - Bir Bala
10.09.2017 14
Mənim körpəmin 3 yaşı var. Körpənin görmə qabiliyyəti necə inkişaf edir? Onlar hansı mərhələdə işığı və qaranlığı seçə bilir? Hansı mərhələdə obyektləri seçə bilir?

"Körpəniz indi bir çox şeyi görür! O, doğulmamışdan qabaq işığın hansı tərəfdən gəldiyini seçə bilirdi və sizin bətninizdə özünü həmin tərəfə çevirirdi. Doğuşdan dərhal sonra o, sizin üzünüzü görə bilirdi, indi isə sizin otaqda hara getdiyinizi izləyə bilir. O, sizi tanıyır və ilk dəfə sizi gördükdə bacardığı ən yaxşı şəkildə səs çıxaracaq və hərəkətlər edəcəkdir. Qəmgin və ya kefsiz olduğunuz zaman üz ifadələrinizi seçəcəkdir. O, əllərini və onların həyatı maraqlı hala çevirmək üçün nələrə qadir olduğunu kəşf etdikcə dərinlik və məsafə haqqında hər keçən gün daha çox şey öyrənir. O, əli çatan əşyaları tutmağa çalışacaq, lakin bu yaşda alınmayacaqdır. Əlləri və ayaqlarını birlikdə işlətmək üçün daha çox təcrübəyə ehtiyacı var. O, əşyaları tərpətmək üçün  çox səy göstərəcəkdir, məsələn, ayağına ip dolaşdıqda və ona mane olduqda, ayaqları ilə onu itələyəcəkdir. Görmək körpənin öz dünyası haqqında öyrənməsi üçün ən yaxşı yollardan biridir. Körpənizin görmə qabiliyyəti haqqında sualınız olarsa, həkiminizə müraciət edərək körpənizi yoxlatdırın. Əgər heç bir problem yoxdursa, onun əyani kəşflərindən həzz alın! "скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!