Yuyunma zamanı

Yuyunma zamanı
Bir Ana - Bir Bala
10.09.2017 10
Körpənizi çimizdirməyə hazırsınız? Körpənizin göbək ciyəsi düşməyibsə o zaman onu yumaq əvəzinə sadəcə cəld süngərlə silin. Yaxşı ki, yeni doğulmuş körpələr tez-tez çirklənmirlər, ona görə onları həftədə 2-3 dəfə çimizdirmək lazım deyil. Daha ətraflı.

Yeni doğulmuş körpələr çox çirklənmirlər, ona görə də hər dəfə bez dəyişdikdə onun yanlarını diqqətlə təmizləyin və bu zaman yəqin ki, onu həftədə 2-3 dəfə yumaq lazım olmayacaq. Və yuyunma kifayət qədər uzun çəkməlidir ki, hər hansı yad cisimləri və yığılmış qabıqları təmizləyə biləsiniz. Bundan əlavə körpənizin saçlarını (əgər varsa) hər həftə şampunlamağa ehtiyac olmayacaq; sadəcə lazım olduqda bunu edin. Körpələrin əksəriyyəti yuyunmağı çox sevirlər, ona görə də əgər körpəniz ilk dəfə vanna qəbul etdikdə qıvrılsa və ya ağlasa təəccüblənməyin – onun suya alışması üçün bir az vaxt lazımdır!



Yuyunma saatının hər ikiniz üçün təhlükəsiz və xoş keçməsi üçün bir neçə məsləhət:



Hələ də körpənizin göbək ciyəsi düşməyibsə, o zaman onu süngərlə (körpənizi yumşaq səth üzərinə ehtiyatla uzadın) cəld silin ki, göbəyi islanmasın, çünki o, həmişə quru qalmalıdır.

Körpənizin göbək ciyəsi düşübsə, o zaman o, həqiqətən də yuyunmağa hazırdır: qatlanan rezin uşaq vannası, çanaq və ya dəsmallar sərilmiş və təqribən iki düym (1 düym = 2,54 sm) hündürlüyündə su ilə doldurulmuş plastik vannadan istifadə edin.

Həmişə körpənizi isti, yelçəkməyən otaqda çimizdirin və yuyunduqdan dərhal sonra onu bükmək üçün əlinizin altında quru dəsmal saxlayın. Körpəni çimizdirərkən ilıq, nəm dəsmalı onun qarın nahiyəsinə qoyun ki, soyuqlamasın.

Körpənizi yumşaq dəsmal və ya süngərlə təmizləyin. Yavaş-yavaş görünən qabıqları süngərlə silərək körpənizin hər tərəfini növbə ilə yaxalayın. Qulaqlarının arxası, əl və ayaq barmaqlarının arası, qoltuğunun altı, boyun və omba nahiyəsindəki qatları yoxlayın, çünki çox vaxt çirk burada toplanır.

Hər zaman bir əlinizi körpənizin üzərində saxlayın – o, bir anda sürüşüb suya düşə bilər – və heç vaxt körpənizi vannanın içərisində tək saxlamayın. Əgər otaqdan çıxmalısınızsa o zaman onu da özünüzlə götürün.

Yuyunduqdan sonra körpənizi yüngülcə qurulayın. Körpənizin dərisinin təbii təravətini və zərifliyini saxlamağa kömək etmək üçün onun dərisini nəmləndirmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!