Pis əmələ meylli uşaqla nə etməli?

Pis əmələ meylli uşaqla nə etməli?
Bir Ana - Bir Bala
10.09.2017 9
Başqalarının əşyalarını icazəsiz götürən uşaqların bu davranışının qarşısı alınmasa, bu, getdikcə oğurlama meylinə çevrilə bilər. Üstəlik, çox zaman valideynlər bu halın təhlükəsinin o qədər də fərqinə vara bilmirlər. Psixoloqlar valideynləri bu mövzuda diqqətli olmağa çağırır.



Uşaqların müəyyən yaş dövrlərində "oğurlama davranışına" rast gəlinə bilər. Bu davranış 6 yaşına qədər davam edərsə, davranış pozğunluğu kimi xarakterizə edilməz. Uşağınız məktəbə başlamadan əvvəl paylaşma mövzusunda hələ yetkinləşmədiyi üçün hər şeyi özünə aidmiş kimi qəbul edə bilər. Yoldaşlarının oyuncaqlarını icazəsiz götürər, qonaq getdiyi evdən yanında kiçik əşyalar gətirə bilər. Belə vəziyyətdə tələskənliyə qapılmadan uşağınızla danışaraq, icazəsiz hər hansı bir əşyanı götürməməsini izah etməniz lazımdır.



Özünü sevdirmək və qəbul etdirmək istəyən uşaqlar

Bəzi uşaqlar sevilmədiklərini, dəyərsiz olduqlarını fikirləşir və buna görə narahat olurlar. Belə uşaqların özlərinə inamları da olduqca aşağı olur. Onlar həmişə bir qrup daxilində iştirak edərək qiymətli olduqlarını təsdiq etmək istəyirlər. Valideynlərin yanlış davranışları burada əhəmiyyətli rol oynayır. Ailəsindən kifayət qədər sevgi görməyən, davamlı danlanıb incidilən, ya da laqeydlik göstərilən uşaqlarda oğurlama davranışına çox sıx rast gəlinir.



Həyatındakı əskikliyi doldurmağa çalışan uşaqlar

Belə vəziyyətdə də bəzi uşaqlar nəsə oğurlaya bilərlər. Həyatlarında hər hansı bir sahədə hiss etdikləri bir boşluq varsa, onu doldurmağa çalışırlar. Bu boşluq hər şey ola bilər - ailə, qardaş-bacı, sevgi, maddiyyat, dostluq, sağlamlıq, uğur qazanmaq kimi bir çox amilin əskikliyi bu davranışın qazanılmasına təsir edə bilər.



Ailənin təsiri

Bütün oğurlama davranışlarının altında mənfi ailə davranışlarının təsiri yatır. Uşağınızın sevilməməsi, ona hörmət edilməməsi, dəyərli olduğunun hiss etdirilməməsi, səhv davranışlar, incitmə, fiziki istismar uşağınızı oğurlama davranışı, ya da bənzər bir davranış pozğunluğuna təhrik edə bilər.



Hansı yaşlar təhlükəlidir?

Uşağınız 3 yaşından etibarən müxtəlif şəkillərdə bu davranışı büruzə verə bilər. Amma ən təhlükəli yaş, yəni şüurlu olaraq oğurlama davranışının reallaşdığı dövr ibtidai təhsil çağıdır. Əgər siz və ya da müəllimləri bu vəziyyətin fərqində olmasanız, ya da görməməzliyə vursanız, bu davranış yetkinlik çağına qədər gedən vərdiş halını ala bilər. Buna görə də belə bir davranışla qarşılaşsanız, mütləq buna ciddi yanaşın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!