Valideynlərə 7 faydalı məsləhət

Valideynlərə 7 faydalı məsləhət
Bir Ana - Bir Bala
10.09.2017 6
Çox tez-tez olur ki, yanlış tərbiyə ilə böyüyən uşaqlar "böyük həyat”a hazır olmurlar. Belə uşaqlar öyrəşirlər ki, onların yerinə problemlərini başqaları həll etsin. Özlərinin qərar vermə vaxtları çatanda isə onların həyatında xoşagəlməz hadisələr başlayır.



Buna görə valideynlərə uşaqlarının öz problemlərini heç kimin köməyi olmadan həll etməsinin qayğısına qalmalıdırlar. Çünki vaxt gələcək ki, onlar yalnız öz ağılları və qüvvələrinə güvənəcəklər.



1. Uşağın problemini onun yerinə deyil, birlikdə həll etmək lazımdır



2. Uşağa hazır cavablar təklif etməkdənsə, ona adi suallar verin

Bu zaman uşaqlara ona problemlərinin həlli üçün sərbəst qərar verməyi öyrədən suallar vermək lazımdır. Məsələn, "sən necə hesab edirsən, indi nə düzgün deyil?" "Vəziyyəti dəyişdirmək üçün nə etmək olar?" "Sən necə düşünürsən, bu insan niyə bu addımı atıb?" Ətrafındakıların verdikləri standart həll yollarındansa, uşaqların özlərinin bu suallara verdiyi cavablar daha müdrik olur.



3. Qeydlərini əyləncəyə çevirin

Uşağa töhmət verməyin. Daha yaxşısı budur ki, oyuncaqları vasitəsilə və ya kitab oxumaqla ona xeyir və şər barədə daha yaxşı düşünməsinə imkan yaradın.



4. Uşağınızın uğursuzluğunu təmkinlə qəbul edin



5. Uşağa öz səhvini düzəltməyə imkan verin

Bəzən elə olur ki, müəlliminin çox tələbkar olması və ya sinif yoldaşlarının daim "əzilib-büzülən” olması uşaqların xoşuna gəlmir. Bu halda valideynlər uşaqlarını tez başqa sinfə köçürməyə tələsirlər. Amma anlamaq lazımdır ki, uşaqlar öz həyat yollarında çətin insanlarla hələ daha çox qarşılaşacaqlar və onlar həmin insanlarla bir cəmiyyətdə yaşamağı öyrənməlidirlər. Uşaqlar özlərində dözümü inkişaf etdirməlidir. Valideynlər isə onunla birlikdə bu sınaqdan keçə biləcəklər.



6. Uşağı cəzadan qorumayın. Hər kəs öz səhvlərinin nəticəsini aradan qaldırmağı öyrənməlidir



7. Uşağa üzərinə məsuliyyət götürməsinə imkan verin

Uşaqlar yalnız meyvə və geyimlərin seçimlərində yaxşı yol göstərmirlər. Onlar böyüklərin problemlərinin həllində də əla məsləhətçi ola bilərlər. Biz uşaqlara nəyi isə etibar edəndə onların özlərinə inamı artır. Məsuliyyət və liderlik keyfiyyəti uşaqlarda erkən yaşlarda formalaşır.



Uşağı həmişə köməksiz şəxs kimi himayəyə götürmək lazım deyil. Axı, o, hələ kiçik yaşlarından qərarlar qəbul etməyə hazır olan bir şəxsiyyətdir. Yeri gəlmişkən, sübut olunub ki, sərbəst uşaqlar daha çox inkişaf edir və daha yaxşı oxuyurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!