Gənc anaların nəzərinə!

Gənc anaların nəzərinə!
Bir Ana - Bir Bala
10.09.2017 18
Övladının terbiyəli olmasını kim istəməz ki? Bütün valideynlğr istəyir ki, uşaqları ağıllı olsun, özündən böyüklərə hörmət etsin, özündən kiçiklərə sevgi göstərsin. Buna nail olmaq üçün uşaqların tərbiyəsinde lap körpə vaxtlarından diqqət etmək lazımdır. Gənc anaların nəzərinə:



Uşağa yalan danışmayın:

Uşağının hər zaman doğru danışmasını istəyən ana özü yalandan uzaq olmalıdır. Körpəyə ilk baxışdan xırda yalanlar deməklə özünüz də bilmədən onu yalana öyrədirsiniz.



Uşağı mecburən yedirtməyin:

Əksər analar körpələrinin az yeməyinden narahat olur və onu çox yeməyə məcbur edir. Bu zaman uşaq anadan məhəbbət yox, zor görür. Belə uşaqlar isə gələcəkdə hər şeyin yalnız zor gücünə mümkün olduğuna inanırlar.



Sağlam münasibət:

Valideynlər çalışmalıdırlar ki, uşağın ata-anası və ailənin başqa üzvləri ilə münasibəti sağlam olsun. Bəzi analar uşaqlar arasındakı münasibətləri pozurlar. Uşağa özündən böyüklərlə istədiyi kimi rəftar etməyə icazə verdiklərindən onlar böyüklərin saçını dartır, əllərindəkini istəyirlər. Ana isə bunlara şıltaqlıq kimi baxır. Lakin uşaq böyüyən kimi bu xasiyyəti birdən birə qadağan edirlər. Uşağa elə gəlir ki, onunla ədalətsiz rəftar edirlər. Bu üzden o tərslik edir və sözə qulaq asmır. Əvəzində ana uşağı cəzalandırır. Yadda saxlamaq lazımdır ki, uşağı döyməklə tərbiyə etmək olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!