Uşağı nə vaxtdan dayəyə etibar etmək olar?

Uşağı nə vaxtdan dayəyə etibar etmək olar?
Bir Ana - Bir Bala
10.09.2017 17
Əqər siz övladınızı dayəyə etibar etmək qərarına gəlmisinizsə, mütləq psixoloqla məsləhətləşin. Doğru qərar uşaqla dayə arasında yaxşı münasibətin qurulmasına kömək edəcəkdir.

Uşağın ananın daimi yanında olmasına hansı yaşa qədər ehtiyacı olması bir çox psixoloq və pediatrların əsas mübahisə mövzusudur. Bu period əsasən 1-3 yaş arası dövrüdür. Ana daima uşağın yanında olmasından imtina etməklə onda atılmışlıq hissi yarada bilər. Ananı nə ata,nə də nənə əvəz edə bilməz. Ümumilikdə, anadan ayrılma dövrünü travmasız yaşamaq qeyri mümkündür. Ehtimal olunur ki,erkən yaşda anadan ayrılması uşaqların  kortizol hormonunun yüksəlməsinə səbəb olur. Bu hormonun qanda daim yüksək konsentrasiyası uşaq immunitetinina aşağı düşçəsinə səbəb olur. Ona görə də ayrılğın ilk aylarında uşağın sağlamlığının zəifləməsi müşahidə oluna bilər. Kortizol gələcəkdə ürək xəstəliklərinin də inkişafına səbəb ola bilər.

Ayrılma zamanı orqanizmdə bu cür dəyişikliyin olması yaxın keçmişdə təsdiqini tapmışdır. Birmingham universitetinin alimləri əmindirlər ki, kortizonun yüksəlməsinin səbəbi anadan ayrılma deyil,daha çox dayənin  ona verdiyi tapşırıqların öhdəsindən gəlmək cəhdinə görə baş verir.

Bir çox qərb alimləri uşağı daha erkən yaşda dayəyə etibar olunmasının tərəfdarıdırlar. Artıq 9-cu aydan sonra gündəlik dayə ilə ünsiyyət tövsiyə olunur.



Uşağı dayəyə rahat adaptasiyası üçün psixoloqlar məsləhət görür:

*evə tez-tez yad adamları dəvət etməli;onda uşaq başqaları ilə də ünsiyyəti öyrənir;

*gəzinti zamanı digər uşaqlarla ünsiyyətini təmin etməli;

*adaptasiya dövründə dayə evdə uşaqla daha çox vaxt keçirməlidir;

*dayə seçərkən uyğun yaşda uşaqlarla işləmək təcrübəsi olanlara üstünlük verməli.

Beləliklə, uşağın dayəyə verilməsi üçün ən uyğun yaş 3 yaş hesab olunur. Ancaq yadda saxlayın ki,uşağı dayəyə vermək qərarının verilməsi hər uşaq üçün individual olaraq seçilməlidir. Bu zaman onun fərdi inkişaf,psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır.  Bu onun sağlamlığını və psixologiyasını zədələmədən düzgün inkişafına təkan verəcəkdir.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!