Uşaq niyə ağlayır?

Uşaq niyə ağlayır?
Bir Ana - Bir Bala
10.09.2017 10
Bildiyimiz kimi uşağın ana ilə ilkin ünsiyyəti ağlama vasitəsilə qurulur. İlk vaxtlar körpələr bütün ehtiyaclarını ağlamaqla bildirsələr də sonralar nitqin inkişafı ilə əlaqədar bu söz şəklində ifadə edilir. Lakin 2-4 yaş arası uşaqlar da ağlaya bilər. Bu yaşda uşaqların ağlama səbəbləri aşağıakılar ola bilər.

- hara isə ağrıyır

- yemək və ya su istəyir ( bəzən bizə elə gəlir ki, uşaq böyüyübsə, o öz ehtuyaclarını tam deməlidir. Lakin bu heç də belə deyil);

- gərginliklə mübarizə apara bilmir və əsəbləşmişdir;

- qorxudan;

- onu səhv başa düşdükləri üçün və ya başa düşmədikləri üçün (bu hal əksərən gec danışan uşaqlarda rast gəlinir)



Bəs nə etməli?

Əgər siz övladınızın niyə ağladığını başa düşmürsünüzsə, əvvəlcə özünüz ağlamağın səbəbini araşdırana qədər sakitləşin. Sonra uşağa su və hər hansı şirin meyvə alma, apelsin, banan verin. Böyük ehtimalla hər şey bununla da bitəcək. Ona sevginizi göstərin, ağlamağın səbəbini öyrənmək istədiyinizi nümayiş etdirin. Hətta onun ağlama səbəbi sizə gülünc və mənasız gəlsə belə gülməyin. Yoxsa onu çox incidib küsdürərsiniz. Sonra da küsdüyü üçün axıtdığı göz yaşını dayandırmalı olacaqsınız.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!