Uşağa geyinməyi öyrətməyin 5 sadə üsulu

Uşağa geyinməyi öyrətməyin 5 sadə üsulu
Bir Ana - Bir Bala
10.09.2017 25
Balanızın özünün geyinə bilməyi sərbəst olmasında önəmli məsələdir. Uşağa özü geyinməyi 2 yaşından etibarən öyrədə bilərsiniz. 4 yaşında isə o, artıq sərbəst geyinməyi bacarmalıdır. Bu dövrdə siz onu cəsarətləndirməli və geyim seçərkən rahat geyib-çıxara biləcəyini nəzərə almalısınız. Doroti Eynonun "Körpəlikdən məktəbə: öyrənməkdə ilk addımlar” kitabında belə sadə və effektli məsləhətlər verilib. Bunları etməklə siz balaca "tənbəlinizə” asanlıqla geyinməyi öyrədəcəksiniz.



Alt paltarı

Üstündə sevdiyi qəhrəmanların və ya heyvan şəkillərinin olduğu, tamamən pambıq, rahat alt paltarı alın. Onu yerə qoyub ayaqlarını dəliklərdən keçirtdikdən sonra yuxarı çəkməsini söyləyin.



Şalvar

Beli rezinli, ilgəkli olmayan, geniş pijama tərzində şalvarlar daha rahat geyinilə bilir. Şalvarı üzü yuxarı baxacaq şəkildə yerə sərin. Oturaq vəziyyətdə uşağa əvvəlcə ayaqlarını keçirməyi, sonra isə ayağa qalxıb şalvarı yuxarı çəkməyi öyrədin.



T-şört və sviterlər

Önü şəkilli, arxası saya rəng, yaxası geniş və düyməsiz olanlar daha asan geyilir. T-şörtü (və ya köynəyi) ön  üzü üstdə (arxası yuxarı olmaqla), başın keçəcəyi deşik yuxarı olmaqla qoyun. Uşağa əvvəlcə əyilərək qollarını köynəyin altından salıb qol yerlərindən keçirtməyi, daha sonra başını yaxadan çıxarmağı öyrədin.



Ətək

Beli rezinli, düyməsiz, ilgəksiz olarsa, daha rahat geyinilə bilər. Ətəyi yerə sərin. Uşaq ayaqlarını bel hissədəki boşluğa salsın və ayağa qalxıb ətəyi yuxarı çəksin.



Ayaqqabı

Bağsız, "cırt-cırtlı”, toqqasız, sadə, rahat ayaqqabıları seçin. Uşaq dizlərini qatlayaraq yerə otursun, ayaqlarını bitişdirsin. Ayaqqabıların hər ayağa uyğun gələn tayını düzgün şəkildə balacanın qarşısına qoyun və geyinməsini söyləyin. Səbrli olmalısınız! Həmin dəqiqə bacaracağını gözləməyin.



Aysel Məmmədovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!