Uşağın dişi çürüməsin deyə bu qidaları yedirdin

Uşağın dişi çürüməsin deyə bu qidaları yedirdin
Bir Ana - Bir Bala
10.09.2017 15
Ağız və diş sağlamlığı problemlərinin böyük bir qismi uşaqlıq və yeniyetməlik dövründə kifayət qədər diqqət göstərilməyən diş baxımı və qidalanmadan qaynaqlanır.

Fərdlərin sağlam ağız və dişlərə sahib olması üçün valideynlərin ta uşaqlıq yaşından məsələ ilə bağlı doğru hərəkət etməsi lazımdır. Kiçik yaşlardan qazanılan doğru qidalanma və diş baxımı vərdişləri sağlam dişlərin təməlini yaradacaq.



Uşaqların diş inkişafına müsbət yöndə təsir edəcək qidalanma tövsiyələri təqdim edir.



Pendir: ağız tərkibindəki turşu səviyyəsini nizamlayaraq çürük yaranmasına əngəl olmağa yardım edən və tərkibindəki kalsiumdan dolayı əhəmiyyətli olan bir digər qida pendirdir. Çürük yaratma ehtimalı böyük olan qidalar yeyildikdən sonra ağıza bir dilim pendir qoymaq lazımdır.



Sərt meyvələr: alma, armud, kök, xiyar kimi sərt meyvə və tərəvəzlər yüksək su tərkibli olduğu üçün tüpürcəyin artmasına yardım edir. Çeynəmə funksiyası hələ tam formalaşmamış körpələrin rahat yeməsi üçün sərt meyvələri kiçik ölçülərdə doğrayıb qatıqla yedirin.



Balıq: balığın tərkibindəki fosfor, diş və sümük toxumasının diş sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır. Uşaqlara kiçik və təzə balıqlar yedirdin.



Süd və süd məhsulları: qatığı və südü bal, şəkər kimi dişə yapışa biləcək və çürük yaranmasına səbəb ola biləcək qidalarla birlikdə yedikdən sonra uşağın dişlərini fırçalayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!