Ağır məktəb çantalarının uşağın sağlamlığına ziyanı

Ağır məktəb çantalarının uşağın sağlamlığına ziyanı
Bir Ana - Bir Bala
10.09.2017 16
Hər bir valideyn etiraf edə bilər ki, onun uşağının məktəb çantasının çəkisi orta hesabla 5-8 kq ağırlığındadır.



Bu uşaq üçün həddən artıq böyük çəkidir. Müəyyən tibbi normalar var ki, bu normalara əsasən uşaq öz çəkisinin 10-12%-ndən artıq çəkini qaldırmamalı və daşımamalıdır. Məsələn, uşağın çəkisi 30 kq təşkil edirsə, onun məktəb çantasının çəkisi (çantanın çəkisi + tədris vəsaitlərinin çəkisi) 3-3,6 kq-dan artıq olmamalıdır. Etiraf edək ki, uşaqlarımız bundan qat-qat ağır yüklər daşımaq məcburiyyətindədir.



Daim ağır çanta qaldıran və daşıyan uşağın onurğa sütunu böyük təhlükədədir. Uşağın qaməti pozulur, nəticədə müxtəlif onurğa əyriliklərinin inkişafının riski artır.



Həmçinin belə həddən artıq yükləmə fəqərəarası disklərin sağlamlığına çox mənfi təsir edir ki, bu gələcəkdə onların daha tez dağılmasına və yırtıqların əmələ gəlməsinə səbəb ola bilər.



Uşağın onurğa sütunu hələ ki tam formalaşmayıb və kifayət qədər zəifdir. Bu isə pozulmaların əmələ gəlməsinin ehtimalını daha da artırır.



Ağır çanta aparan uşaq əyilməyə məcbur olur. Belə qeyri-normal duruşun nəticəsində uşağın diafraqması qarnına sıxılır ki, bu isə daxili orqanların sıxılmasına, onlarda gərginliyin yaranmasına, qan dövranının pozulmasına səbəb olur.



Bundan əlavə ağır çanta uşaqlarda travmaların ehtimalını artırır. Məsələn, ağır çanta aparan uşaq pilləkənlə qalxdıqda tarazlığını saxlaya bilməyib yıxıla bilər və s.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!