Uşağınız dərs etmirsə, belə razı salın - Valideynlər, oxuyun!

Uşağınız dərs etmirsə, belə razı salın - Valideynlər, oxuyun!
Bir Ana - Bir Bala
10.09.2017 5
Hər valideyn övladının məktəbdə uğur qazanmasını, yaxşı oxumasını istəyər. Dərs etməsi, dərslərini uğurla bitirməsi uşaq kimi ana və ata üçün də mühümdür. Uşağınızın dərs çalışmasında həssas davranın. Qadınlar.Biz bu  məsələdə valideynlərin öhdəsinə düşənləri təqdim edir.



Sağlamlıq problemlərini gözdən keçirin. Görmə, eşitmə, qavrama kimi məsələlərdə problem yaşayan uşaqların motivasiyası aşağı olur. Bunu nəzərə alıb uşağın müəlliməsi və lazım gələrsə, bir mütəxəssislə birgə çalışın.

Qısa müddətli hədəflər müəyyən edin və mükafatlandırın. Uşaqlar onlardan nə gözləndiyini dəqiq olaraq bilmək istəyərlər. Uşaqlar valideynlərinin əksidir. Sizin məktəbə, müəlliməyə, dərsə baxışınız onun baxışını formalaşdırır. Siz məktəbin əyləncəli, ya da pis bir yer olduğuna inansanız, o da inanacaq.



Zaman idarəsi: uşağınıza uyğunlaşa biləcəyi bir zaman cədvəli qurun. Sadəcə nə öyrəndiyi ilə deyil, öyrənmənin müddəti ilə maraqlanın. Danışdıqca və dinlədikcə məktəbin uşağınızın üçün tam olaraq nə məna verdiyini anlayacaqsınız.



Motivasiya müddətləri qurun. Muzey, təbiət, mədəniyyət, kitabxana gəzintiləri uşağın məktəbdə öyrəndiklərini həyatla bütünləşdirir. Öyrəndiklərini praktikalaşdırmaq motivasiyanı artırır.



Uşağınızı dinləyin. Siz həkim olsun istəyə bilərsiniz, ancaq onun bu sahədə heç bir məlumatı və bacarığı yoxdur. Bəlkə də ondan çox gözəl şair, aşbaz ola bilər. Uşağınızı olduğu kimi qəbul edin və həyatdan zövq almasına icazə verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!