Balaca xəbərçi

Balaca xəbərçi
Bir Ana - Bir Bala
10.09.2017 12
Cəmiyyətdə xəbərçilik, iftira, söz gəzdirmək həmişə pis qarşılanıb. Buna görə də,   analar  övladı  hər gördüyünü danışanda narahatlıq keçirir: "Xəbərçilik etmə!", "Başqasının sözünü danışma!" deyə sözünü yarıda kəsir. Amma, körpəyə "xəbərçi" demək nə qədər doğrudur?



Körpə, sənin neçə yaşın var, və ya, xəbərçinin yaşı



Üç yaşa qədər.

2-2.5 yaşlı uşaq ağ kağız kimidir. O, hələ  xeyir və şərin nə olduğunu dərk etmir. Buna görə də, 3 yaşı tamam olmamış uşağa xəbərçi deməyə tələsməyin. O, hələ yeni-yeni danışmağa başlayır, təzə sözlər və onların mənalarını öyrənir, etdiyi hərəkətin necə nəticələnəcəyini təxmin edə bilmir. Körpə sadəcə, gördüyünü sizinlə paylaşmaq istəyir. Beləcə uşaq danışdığına valideynlərinin  reaksiyası ilə nəyin yaxşı, nəyin pis  olduğunu öyrənir.



3-5 yaş və ya, nə yaxşıdır?  nə pisdir?

3 yaşından  uşağın məktəbəqədər dövrü başlayır. Bu  onun yaşadığı aləmlə daha yaxından tanışlıq dövrüdür. Artıq o, bağça, hazırlıq kursları, dərnəklərə gedir. O, gördüyü, eşitdiyi hәr bir şey ilә maraqlanır, və daim nә? niyә? nә üçün? suallarına cavab axtarır. Balaca yorulmadan, özünü dә unudaraq, gün әrzindә yoldaşlarının nә etdiklәrindәn maraqla söhbәt edir. Bu normal hardır, axı o, artıq yeni bir aləmə düşüb və orada uyğunlaşmağa çalışır. Hər gün gördüyü hadisələri danışmağa tələsir, amma bu dediklərinin yaxşı və ya pis olmasını anlamır. Elə məhz buna görə, uşaq hər gördüyünü xəbər verir. Ata-ananın da borcu doğru və yanlışı  başa salıb, onu düzgün yönləndirməkdir. Çünki, bu yaşdakı uşaqlar atanın, ananın, müəllimin, dostlarının müəyyən hərəkətlərini görür və təkrar edir. Nəzərə alın ki, uşaq da öz emosiya vә tәәssüratlarını yaxınları ilə bölüşmәk arzusundadır. Valideynlər uşaqların dediklərinə biganə qalmamalı, danışılanları birgə müzakirә edib məsələni aydınlaşdırmalı və müəyyən situasiyalarda özünü necә aparacağı haqda onlara mәslәhәt vermәlidirlər.Uşaq ancaq böyüklərin rəyləri vasitəsilə ünsiyyətin sosial normalarını öyrənir, özünün və başqalarının davranışını dəyərləndirə bilir.



5-7 yaş, və ya sayıq ol.

5-7 yaş uşaq üçün ən kritik dövrdür. Bu yaş dövründəki uşaq artıq etik normaları dərk edir, hərəkətlərinin, dediklərinin  nəticəsini təsəvvür edir, hansı reaksiyaya səbəb olacağını bilir. Başqalarının səhvlərini böyüklərə çatdırmağa çalışır, yəni bilərəkdən xəbər verir. Bəs o, "Xəbərçidirmi?".



"Əsl" və "Yalançı" xəbərçilər.

Xəbərçilik- istəyinə nail olmaq üsuludur. Uşaq öz mənliyini qorumağa çalışır, böyüklərin hörmətini qazanmaq və layiq olmadığı cəzadan yaxasını qutarmaq istəyir. Uşağın bu düşüncəsi doğrudur, amma seçdiyi taktika (xəbərçilik) yanlışdır! Buna görә də, ona düzü əyridən ayırmağı göstәrmәyiniz çox vacibdir. Verilən hәrbir informasiyanın söhbәt vә ya xәbәrçilik olduğunu anlamalısınız və mütlәq uşağınıza anlatmalısınız.



Yalançı xəbərçilər. Adətən çox qorxaq, olduqca dürüst və "qanun keşikçisi" olan uşaqlardır.



Əsl xəbərçilər. Bu cür uşaqlar məqsədlərinə çatmaq üçün, başqalarının çatışmazlıqlarını xəbər verərək, özlərini dostlarının, bacı-qardaşının yanında güclü  göstərir, nə olursa olsun həmişə  hamıdan yaxşı olmağa calışır, daim böyüklərin sözünə qulaq asır. İnciklik hissi, paxıllıq, qisas almaq duyğusu da, uşağı xəbərçilik etməyə vadar edir. Bəzən də, qardaş, bacısı  olan uşaqlar, ata-anasının diqqətini  özünə cəlb etmək üçün bir-birinin sözünü çatdırır. Bilmədən, böyüklər özləri də, uşağı buna meyilləndirir.



Ümumiyyətlə, xəbərçilik etmək üçün səbəb çoxdur. Sadəcə olaraq, övladınız sizə bu hərəkətilə nəyi çatdırmaq istədiyini anlamağa çalışın. Qayğı və sevginizi onlardan əsirgəməyin. Qoy  körpənizin  həyat səhifəsi sevinclə yazılsın.



Fərəh İslamzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!