Körpənin əynini necə dəyişdirmək lazımdır?

Körpənin əynini necə dəyişdirmək lazımdır?
Bir Ana - Bir Bala
10.09.2017 13
Bir sıra sadə məsləhətlərə riayət edərək, siz körpənizlə bağlı gündəlik işləri daha az vaxt çərçivəsində görə biləcəksiz. Unutmayın ki, körpənizə qulluq edərək, siz ona tək qayğı göstərmiş olmayacaqsız, sizin aranızda emosional bağlılıq daha da möhkəmlənəcək.



- Körpənizin əynini duz üfüqi bir yerdə dəyişin.



- Əgər bezdən istifadə edirsiznizsə, öncə körpənizə bezi geyindirin



- Düyməli jaketi düz bir yerdə düymələrini açaraq səliqəli şəkildə sərin və onun üzərinə körpənizi uzadın.Öncə onun bir əlini köouml;ynəyin qoluna salın, sonra isə digər qolunu.



Əgər düymələr köynəyin başında yerləşirsə,  öncə körpənin başını köynəyə salın, sonra isə qollarını.



- Körpənin corablarını da(kolqotki) eyni yolla geyindirin. Öncə bir qıçını dizənə qədər corabın və ya şalvarın içinə salın, sonra isə digər qıçını.



Uşağın geyimdə rahat olduğunu hiss edin.

Körpəniz hələ çox kiçikdir və əllərinin hərəkətinə nəzarət edə bilmir. Üzünün cızıqlardan qorumaq üçün körpənizin əllərinə pambığ əlcəklər taxın. Əlcəklərdə baş barmaq ayrı yeləşməsin. Körpələr bir yaşına qədəm qoymamışdan  sürətli şəkildə boy atırlar, bu səbəbdən geyimləri alarkən bir ölçü böyük almanız məsləhətdir. Köynəklər və jaketlər körpənin qarnın və yanının bir hissəsini  bağlamalıdır.



Qabaqdan düymə olan geyimlər körpəni səliqəli şəkildə geyindirib soyundurmağa kömək edəcək, çiyində və yaxalıqda olan düyməli geyimlər isə daha rahat şəkildə əyin dəyişməyə yol açacaq.



Aynur Hüseynzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!