Əmziyin seçilməsi və istifadə qaydaları

Əmziyin seçilməsi və istifadə qaydaları
Bir Ana - Bir Bala
10.09.2017 18
Körpə doğulduqdan sonra onlar həyatı müxtəlif reflekslər vasitəsilə dərk edirlər. Onlarda əmmə refleksi çox güclü olur. Döşlə əmizdirilmədən əlavə uşaqların əmziklərə də xüsusi təlabatı olur. Əmzik əksərən ağlayan uşağı sakitləşdirmək məqsədiylə istifadə edilən vasitədir. Analar bilməlidirlər ki, adi vaxtlarda ehtiyac olmazsa, uşağa əmzik vermək art;q işdir. Bir çox həkimlər vacib olmazsa, uşağa əmzik verilməyin əleyhinədirlər. Əgər həkimin xüsusi göstərişi yoxdursa,uşaq sakitdirsə, ona əmzik vermək heç məsləhət də deyildir. Danışa bilməyən uşağlar əksərən ağlamaqla özlərinə diqqəti cəlb edirlər. Ağlamağın səbəbini aydınlaşdırmadan uşağı əmziklə sakitləşdirmək yalnışdır. Buna görə də analar əmzik seçərkən bir çox xırdalıqlara diqqət etməlidirlər:



1. Əmziyin ölçüsü körpənin yaşını (ayını) nəzərə alaraqdan seçilməlidir.



2. Əmziyin qapaqlı (təmiz qalması üçün)və selikondan(möhkəm) olması daha düzgün olardı.



3. Əmziyin ərtafındaki halqa dəlikli olsa (dodaq ətrafının tərləməməsi, sıxılmaması üçün) daha yaxşı olar.



4. Əmzik ayda bir dəfə, ən uzağı isə 3 ayda bir dəfə dəyişdirilməlidir.



5. Əmzik hər istifadə zamanı isti su ilə yuyulmalı, təmizliyinə mütləq riayət edilməlidir.



6. Əmziyi köynəyin yaxalığına bərkitmək üçün zəncir ilə birlikdə almaq məsləhətdir. Bir çox analar yerə düşən və ya kənarda masada filan qalan əmziyi körpənin ağzına qoyurlar. Bu çox səhv yanaşmadır. Yol gedərkən, evdən kənar yerlərdə mutləq çalışın ki, əmziyi uşağa verərkən əmziyi nə iləsə təmizləyə və ya durulayasız. Ümumiyyətlə qapaqlı əmziklərdən istifadə edin ki, açıq havada qalıb toz və mikrob toplamasın.



7. Bəzi analar yerə düşmüş əmzikləri ağız suları ilə, ağızlarına almaq təmizləyirlər. Bu qətiyyən yolverilməzdir.



8. Əmzik alan valideyin 2-3 nü artıq alarsa (gece əmzik yatağın altına düşərsə) daha yaxşı olar.



9. İlk aylarda selikon əmziklərə, dişlər çıxanda ise rezin əmziklərə üstünlük verilməlidir. Aptekdən alınmış əmziyi uşağa verməmişdən öncə onu 1-2 dəqiqə müddətində qaynadın.



10. Əmzikləri mütləq apteklərdən və ya xüsusi uşaq mağazalarından əldə edin. Çünki keyfiyyətsiz əmziklər allergiya yarada bilər.



11. Əmziyin sakitləşdirici hətta ağrıkəsici təsiri də var.



12. Son zamanlar fosforlu əmziklər satışa buraxılıb. Bu əmziklər gecə vaxtı işıq saçır. Belə olanda gecə vaxtı uşağın ağzından düşüb yatağqda itmiş əmziyi asanlıqla tapmaq olur.



13. Körpələr üçün əmziklər xüsusi formalı olur:uzunsov və yastı, damlavari formada. Bu daha yaxşı variantdır.



14.Hazırlanma materialı isə lateks və ya silikon olsa daha gözəl olar. Rezindən hazırlanan məsləhətli deyil.



Günel Şəfiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!