Körpə bələyi

Körpə bələyi
Bir Ana - Bir Bala
10.09.2017 24
Yenidoğulmuş körpələr  hərəkətlərini idarə edə bilmirlər və əllərini, ayaqlarını sərt  hərəkət etdirirlər. Bu spesifik  hərəkətlərə "diksinmələr" deyilir. Bu zaman körpə öz əl-ayaqlarından  hürkür və onu sakitləşməsi üçün əllərini və ayaqlarını bədəninə yaxınlaşdırıb tutmaq daha məqsədə uyğundur.

Körpənin şüurunun inkişafı üçün onun əl-ayaqlarının müxtəlif səthlərə toxunması vacibdir. Bu onun öz bədəni, paltarı, böyük adamın bədəni ola bilər.



Körpə nə qədər aktiv  hərəkət edərsə, bir o qədər çox səthlərə toxunar və şüurun inkişafı da aktivləşər.



Azad bələk anlamı

Hamiləliyin əvvəllərində döl kiçik olduğundan uşaqlıq daxili suda üzür, böyüdükcə uşaqlığın divarları ilə toqquşur. Amma bu onun üçün azadlığın məhdudlaşması demək deyildir, sadəcə öz bədəninin formasını kəşf edir. Bu baxımdan körpəni bətndəki formada, yəni ayaqları az bükülmüş, əlləri çarpaz şəkildə bələyəndə körpə özünü bətndəki rahat şəraitdə  hiss edir və sakitləşir.

Əgər körpə müəyyən müddət anasından ayrıdırsa, məsələn, gecə yuxusu zamanı onu yuxarıda göstərdiyimiz şəkildə bələnməsi məqsədəuyğundur. Belə ki, gecə boyu öz  hərəkətlərindən diksinməyəcək və tez-tez yuxudan ayılmayacaq.

Günün digər saatlarında bələmədən belə keçinmək olar. Körpə nə qədər çox  hərəkət etsə, əli ilə üzünə, bədəninə toxunsa, barmağını sorsa, daha tez  hərəkətlərini idarə etməyi öyrənəcək. Ümümiyyətlə bələk 10-30 gün ərzində məsləhət görülür. Yalnız bu zaman ərzində körpə öz  hərəkətlərindən diksinir, sonrakı dövrdə bu adətini tərgidir.



Dar bələk anlamı

Bu anlam altında , körpənin əllərinin və ayaqlarının düzləşdirib, sıx bələnməsi nəzərdə tutulur. Bu bələk forması sovet hakimiyyəti illərində bütün doğum evlərində tətbiq edilirdi.

Nənələrimizin, qayınanalarımızın, analarımızın "uşağın ayağı düz olacaq, əsəbləri sakit olacaq"deyə tərifləməyinə baxmayaraq, bu bələk forması məsləhət görülmür. Belə ki, bu formada körpənin rahat nəfəs alması çətinləşir, qan dövranı zəifləyir. Hərəkətlərinin zəifliyi müşahidə olunur, özünü, bədəninin formasını tanıması gecikir. Bu  halda körpə özünü 6 ayından sonra tanımağa başlayır.

Əgər ana körpəsinin yanında yatırsa, tez-tez ona diqqət yetirirsə, onda uzun müddət bələməyə ehtiyac yoxdur. Azad bələk formasından 3 aya kimi istifadə məsləhət görülür, dar bələkdən isə ümumiyyətlə istifadə etməyin. İndi bələkləri əvəz edən, anaların və körpələrin rahatlığını təmin edən geyimlər çoxdur.

 

Bələməyə nə zaman son verməli

Hər körpə üçün bu vaxt müxtəlifdir, bəziləri bələklə 10 gündən sonra, bəziləri isə 6 aylığında vidalaşır. Bələklə vidalaşmanın ölçü va idi körpənin "diksinmələri" ola bilər.



Yeganə Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!