Körpənin çimizdilirməsi üçün vanna otağı və vannanın hazırlanması

Körpənin çimizdilirməsi üçün vanna otağı və vannanın hazırlanması
Bir Ana - Bir Bala
10.09.2017 9
Bir yaşa qədər uşaqların gündəlik rejiminin ayrılmaz hissəsi su prosedurlarıdır. Səhər və axşam vanna hazırlığı bir qədər vaxt aparsa da, bu uşaq sağlamlığında əvəzsiz rol oynayır. Uşağı temperaturu 21-27 dərəcə olan istənilən yerdə çimizdirmək olar. Ancaq əsasən bunu hamam otağında həyata keçirirlər.



Hamam otağının hazırlanması.

Körpə doğulana qədər hamam otağını təmir etdirmək məqsədəuyğundur. Çünki orada körpə sağlamlığına zərərli kif və xəstəliktörədən göbələklər ola bilər. Hamam otağının gündəlik steriliziyasına ehtiyac yoxdur. Təmizlik üçün su ilə yuyulma və ventilyasiya sistemi ilə havalandırma kifayətdir.

Körpəni çimizdirərkən yelçəkən olmaması üçün qapı açıqdırsa, ventilyasiya sistemini bağlamaq lazımdır. Yox əgər ana qapını bağlandıqda isə ventilyasiya açıq saxlanmalıdır ki,



Hamam otağında nəmişlik çox olmasın.

Təhlükəsizlik üçün yerə sürüşmətəyən bir örtük sərmək lazımdır. Çünki sulu kafel və şampun sürüşkənliyə səbəb ola bilər.

Çimməzdən əvvəl hamam otağına yumşaq dəsmal qoymaq lazımdır.

Bəzən dəri problemləri olan körpələri çobanyastığı dəmləməsi və ya marqans məhlulu ilə yaxalayırlar. Bunları da əvvəldən hazırlayıb ,rahat götürüləcək bir yerə qoymaq lazımdır.



Vannanın hazırlanması

Hazırda bir çox vanna modelləri var və onlar müxtəlif materiallardan hazırlanır. Lakin bir çox valideynlər körpələrini elə böyüklərin vannasında çimizdirməyə üstünlük verirlər. Bu vannaların böyük olması körpəyə rahatca əl və ayaqlarını tərpədərək, fiziki inkişafına kömək edir.

Bir yaşa qədər körpənin şəxsi vannasını məişət sabunu və soda ilə yumaq kifayətdir. Lakin böyüklərin vannasında çiməcəksə, vanna ciddi dezinfeksiya olmalıdır. Bunun üçün fırça və sərt süngərlə soda və hipoallergen yuyucu vasitə ilə yumaq lazımdı. Belə vasitələrin tərkibində soda və dəniz duzundan başqa antibakterial kompleks var.

yuyucu vasitənin istifadəsindən sonra vanna yaxşıca yaxalanmalıdır. Bəzi analar vannaya isti su tökməzdən əvvəl qaynar su tökürlər. Bu ciddi dezinfeksiyaedici olmasa da kimyəvi maddə qalıqlarını yumağa kömək edər.

Su prosedurları nəinki körpə sağlamlığı üçün vacibdir, həm də möhkəmləndirici və  gümrahlandırıcı vasitədir.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!