Körpənin ilk saç kəsimi

Körpənin ilk saç kəsimi
Bir Ana - Bir Bala
10.09.2017 15
Qədim dövrlərdən bəri körpənin anadangəlmə saçlarının kəsilməsinə dair müxtəlif inanclar mövcuddur. Həmin dövrlərdə bu inanclar onların həyat şərtləri ilə müəyyən olunurdu. Uşaqların saçı üç, hətta yeddi yaşında qırxılırdı. Çünki o zamanlar körpələr çox erkən yaşda həyatdan gedirdilər. Bir inanca görə əgər uşağın saçı bir yaşına qədər kəsilərsə, o, ömür boyu xəstə olacaqdır. Digər bir inanca görə isə vaxtından əvvəl saç kəsimi uşağın ömür boyu kasıb yaşamasına səbəb olar. Lakin bu inancların heç biri müasir dövrdə özünü doğrultmur. Bunlara inanan analara isə aşağıdakı tövsiyyələri verə bilərik.



Uşağın saçını bir yaşından tez yoxsa, gec kəsdirməli?

Buna hər bir ana özü qərara verməlidir. Bəzi uşaqların saçı o qədər gəlimli olur ki, hər 4 aydan bir kəsməyə ehtiyac olur. Bəzilərində isə əksinə saçlar bir yaşına qədər kəsilmədən keçinmək olar.

Saçlar qırxıldıqda daha sıx və qalın gəlməsi haqda da inam mövcuddur. Lakin onu bilməlisiniz ki, saç köklərinin əsası ana bətnində qoyulur və bu irsi faktorlardan asılıdır. Yenidoğulanın saçları nazik və seyrək olsa da 1 yaşına qədər onlar irsi xüsusiyyətlərə uyğun qalın və sıx saçlarla əvəz olunur. Ona görə saçların qırxılması onun keyfiyyətinə təsir etmir.

Ana uşağın saçını kəsdirməyə qərar veribsə, ona ciddi yanaşmaq lazımdır. Həkimlər uşağın saçını qırxdırmağı məsləhət görmürlər. Çünki bu zaman zərif uşaq dərisini zədələyə bilərsiniz.

Digər tərəfdən onun saçını elə kəsmək lazımdır ki, o bunu ikinci dəfə də etməyə razı olsun.



Uşağın saçını kimə kəsdirməli?

Bunu təcrübəli bərbərə, yoxsa, bu işdə təcrübəsi olan qonşu anaya və ya özünün kəsməli olduğuna ana qərar verməlidir.

Gənc analar tez-tez daha kiçik uşaqların saçının önünü görməyə mane olmasın və arxasını tərləməsin deyə kəsirlər. Bu prosesi əyləncəyə çevirmək üçün ata və ya nənə onu oyuncaqlarla əyləndirməlidir. Saçın kəsilməsi üçün ucu küt, yumru qayçı istifadə olunmalıdır ki, təsadüfən tərpənən uşaq zədələnməsin.

Uşağı bərbərə etibar etmək istəyirsinizsə, əvvəlcədən onu bir neçə dəfə salona aparın. Uşaq bərbərin sizin və ya atasının saçını necə kəsdiyini və bunun ağrılı olmadığını görsün.

Seçiminizi uşaq bərbəri üzərində də saxlaya bilərsiniz. Bərbər öz gənc müştərisinə diqqətli olmalı, onun saçlarına nə edəcəyini müvafiq dillə başa salmalıdır. Təbii ki, ana da evdə uşağı ilə  ayı və gəlinciklərlə "bərbər oyunu" oynaya bilər.

İlk saç kəsimində kəsimin keyfiyyəti ilə yanaşı bu prosesə uşağın hazırlıq səviyyəsi vacibdir. Çünki pis ilk təcrübə növbəti illərdə hər saç kəsimi güclü etiraz və ağlama ilə müşayiət olunacaq. Bu prosesdə həm də ana çox həyəcanlı olur. Çalışmaq lazımdı ki, onu övlada ötürməyəsən. Sakit və özünə inamlı valideynlər bu vacib işin öhdəsindən yaxşı gəlirlər.

Ananın həlim və nəzakətli sözləri və səbri uşaq həyatını parlaq və xoşbəxt edir. Bəzi analar hətta ilk saçları saxlayır. Bu onlara öz körpəsi ilə keçirdiyi gözəl günləri daim xatırlamağa kömək edir.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!