Körpələrinizi havaya atıb tutmaqla sevməyin

Körpələrinizi havaya atıb tutmaqla sevməyin
Bir Ana - Bir Bala
10.09.2017 11
Körpəni havaya atıb tutduqda daxili orqanları  yerini dəyişə bilər.

körpəylə oynayarkən və onu yatırdarkən diqqət yetirilməsi lazım olan, edilən bəzi səhv davranışlar mövzusunda  xəbərdarlıq edir.



Körpəylə oynayarkən və onu yatırdarkən diqqət yetirilməsi lazım olan məqamlar:

Körpələri havaya ataraq sevmək bağırsaq düyünlənməsinə səbəb ola bilər.

Düşə bilər və ya da başı tavana dəyə bilər!

6 ay - 2 yaş arası körpələri sevərkən ehtiyatlı olun. Körpə, hər havaya atılıb tutulduğunda daxili orqanlar yerini dəyişdirə bilər. Bağırsağın dövranı pozulduqda hətta hər hərəkətdə bağırsaq bağırsağın içinə girə bilər.

Bundan başqa körpənin başının tavana dəyməsi və  ya da tutula bilməyib yerə düşməsi nəticəsində meydana gələcək zədələr də ciddi sağlamlıq problemlərinə, hətta qalıcı şikəstliklərə zəmin yarada bilər.

Körpələri ayaqda deyil dizdə yelləyin!

Körpələrin  yatması üçün mümkünsə ayaqda yellənməməsi məsləhətdir. Əgər yelləmədən yatmırsa xüsusilə kiçik körpələri diz üstə  alıb çox yavaş, bütün gövdə uyğun hərəkət edəcək şəkildə yellənərək yatırdıla bilər. Yetkinlərdə beyin toxuması kəllənin içini tamamilə doldurmş olur, halbuki körpələrdə elə deyil və hər hərəkətdə həddindən artıq yellənərək, beyin toxumasında sinir hüceyrə itkisinə yol aça bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!