Uşağınızda skolioz var? Özünüz yoxlayın!

Uşağınızda skolioz var? Özünüz yoxlayın!
Bir Ana - Bir Bala
10.09.2017 19
Skolioz onurğa sütunun deformasiyası ilə xarakterizə edilən xəstəlikdir. Skolioz çox ciddi pozulmadır.



Bir tərəfdən skolioz kosmetik defekt yaradır - xəstənin çiyinləri müxtəlif səviyyədə olur, bel əyilir, skoliozun ağır formalarında donqar əmələ gəlir. Digər tərəfdən skolioz insanın müxtəlif orqan və sistemlərində (ürə-damar, nəfəsalma sistemi, onurğa beyini və s.) ağır pozulmalara səbəb olur. Ağır formalarda skolioz yalnız cərrahiyyə üsulları ilə müalicə olunur.



Skolioz uşaq və yeniyetməlik dövrlərində inkişaf etməyə başlayır. Skoliozun erkən aşkar olunması çox vacibdir. Erkən mərhələlərdə aşkar olunmuş skolioz uşaqlarda çox uğurla müalicə olunur. Lakin erkən mərhələlərdə onurğa sütunun əyriliyi gözə çarpmaya bilər. Hər bir valideyn onun uşağında skoliozun olub-olmamasını özü təyin edə bilər. Bu çox asandır.



Uşaq qabağa əyilir (şəkildə göstərildiyi kimi) və siz arxadan uşağın belinə diqqətlə baxırsınız. Skolioz zamanı uşağın belinin bir tərəfi (sağ və ya sol) digər tərəfi ilə müqayisədə yuxarıda olur.



Belə əyrilir hətta cüzi olduqda mütləq həkimə müraciət edin. Skolioz sürətlə inkişaf edə bilər və 1 il ərzində uşaqda hətta donqar əmələ gələ bilər.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!