Uşaqlar hansı yaşda badamcıq əməliyyatı oluna bilər?

Uşaqlar hansı yaşda badamcıq əməliyyatı oluna bilər?
Bir Ana - Bir Bala
10.09.2017 16
Badamcıq (Tonsil) və artıq ət (Adenoid) adlanan toxumalar bədənin müdafiə sisteminin əhəmiyyətli elementləridir və immunitet sistemi hüceyrələrindən əmələ gəlib. İmmunitet sisteminin işləməsi üçün lazım olan ifrazatların və hüceyrələrin istehsalında rolları var.



Körpəlik dövründə anadan keçən immunitet ifrazatları sayəsində immunitet sisteminin çox işləməsinə ehtiyac yoxdur. Buna görə də artıq ət və badamcıq kiçik olur. İki yaşından sonra isə anadan keçmə immunitet ifrazatları vəzifəsini bitirir və uşağın öz immunitet sistemi vəzifə yerinə yetirməyə başlayır. Uşağın öz immunitet sistemi bədənə daxil olan bakteriya, virus kimi mikroblar, allergiya, kimyəvi və başqa yad maddələrlə tanış olması və bunlara qarşı bir immunitet cavabını verdiyi üçün uşaqlar yetkin insanlara nisbətən daha tez-tez xəstələnirlər. Eyni zamanda immunitet sisteminin çox fəaliyyət göstərməsi səbəbindən bu yaşlarda badamcıq və artıq ət böyümələrinə daha çox rast gəlinir. İnfeksiya, artıq ət və badamcıq böyümələri daha çox 3-9 yaş arası uşaqlarda rast gəlinir. 9 yaşdan sonra artıq ət və badamcıq ölçüləri kiçilməyə başlayır.



Artıq ət nəfəs almağa mane olur

Artıq ət burunda və qulaqda problemlər yaradır. Bu cür uşaqlarda iştah itir, xoruldama halları müşahidə edilir, ağızdan su gəlir, gecə öskürəklər başlayır, burun axıntıları baş verir. Artıq ətin daha böyük fəsadları isə üz inkişafında pozuntular, danışıqda problemlərə səbəb olur. Badamcıq və artıq ətin böyüməsi üst nəfəs yolunu daraldacaq ölçüyə çatdıqda xoruldama və yuxuda nəfəs ala bilməmək kimi ciddi problemlər yaradır. Bu isə ürək qapaqcıqlarının sıradan çıxmasına səbəb olur.     



Badamcıq və artıq ət nə zaman əməliyyat edilməlidir?



Bu cür əməliyyatlar klinikalarda tez-tez həyata keçirilir. Dərman müalicəsinin xeyri olmadıqda bunlar cərrahiyyə yolu ilə aradan götürülür. Əməliyyata qəti qərar vermək üçün bu kriteriyalar nəzərə alınmalıdır:



- Üst nəfəs yolu badamcıq və artıq ətin həddən çox böyüməsi səbəbindən bağlanır



- Bəd xassəli şiş şübhəsi



- Çənə quruluşunu pozan artıq ət və böyümüş badamcıq



- Orta qulaq iltihabı



Bu cür əməliyyatlar hansı yaşda aparılır?

Badamcıq və artıq ət problemi uşaqlarda olduğu kimi, böyüklərdə də problem yaradır. Əməliyyata mane olan hər hansı ciddi sağlamlıq problemi yoxdursa, böyük yaşlı insanlar əməliyyat oluna bilərlər. Nəfəs alma problemi ilə istənilən yaşda qarşılaşmaq olar. Bu cür problem yaşayan uşaqlar 4 yaşdan sonra əməliyyat edilir. Badamcıq və artıq ət əməliyyatının riski olduqca aşağıdır. Statistikaya görə, 14 min əməliyyatdan yalnız birində anesteziya və ya cərrahiyyə ilə bağlı hər hansı problem yaşana bilər. Əməliyyatdan sonra ciddi qanama min nəfərdən 5-də ola bilər. Badamcıq əməliyyatından sonra bədənin mühafizə sistemi ilə bağlı bir çox elmi araşdırmalar aparılıb, lakin konkret nəticə əldə edilməyib. Badamcıqları götürülmüş insanlarda aparılan laboratoriya testləri nəticəsində məlum olub ki, həmin insanların immunitet sistemində heç bir zəifləməyə rast gəlinməyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!