0-6 körpələr üçün oyuncaq növləri

0-6 körpələr üçün oyuncaq növləri
Bir Ana - Bir Bala
10.09.2017 12
Körpəniz doğulan gündən onun sağlamlığı üçün əlinizdən gələni edirsiniz. Sağlamlıq təkcə uşağın qidalanmasından asılı deyil. Burada oyunların rolu danılmazdır.

Adətən yeriyən, qaçan, hoppanan uşaqlara aid yüzlərlə oyun növləri haqqında yazılır. Bəs hələ yenicə başını tutmağı öyrənən, yenicə oturmağa başlayan,sürünməyi öyrənən körpə ilə necə oynamaq olar? Bu yazımızı oxuyaraq öyrənin və yararlanın.



Adımı söylə oyunu

Körpənin beşiyinə yaxınlaşın, həlim bir səslə onun adını çağırın. Körpə nəzərini sizə toplayanda beşiyin digər tərəfinə keçin və yenə onu çağırın. Hərəkət zamanı əzizləmə sözləri deməyi unutmayın. Bunu 4-5 dəfə təkrar edin. Sonra körpəyə sarı əyilərək onu oxşayın, sığallayın. Sonra yenidən başlayın. Yaxşı olar ki, bunu ata ana ilə birlikdə oynasınlar.

Oyunun faydası: görmə və eşitməni məşq etdirir, fərqli insanları tanımağı öyrədir, boyu  əzələlərini məşq etdirir, valideynlərlə emosional ünsiyyəti möhkəmləndirir.



"Külək hardan əsir?" oyunu

Bu oyunu uşağın bezini dəyişərkən, massaj edərkən və uşaq hava vannası qəbul edərkən oynaya bilərsiniz. Uşağın əlini qaldırın və yavaşca üfürün. Sonra digər əlinə. Beləliklə bütün bədən hissələrinə. Bu zaman bədən hissələrinin adlarını deməyi unutmayın.

Oyunun faydası: bu oyun sensomotor aparatın (hissi-hərəki) işini inkişaf etdirir, uşağa öz bədən hissələrini tanıdır.



"Şən corab" oyunu

Uşağı kürəyi üstə uzadın, onun ayağına balaca zəng tikilmiş corab geyindirin. Əgər uşaq sakitcə uzanıbsa, ona zəngi kəşf etməyə kömək edin. Uşaq zəngin səsini eşidərək ayaqlarını tərpədəcək, zəngi əli ilə dartmağa çalışacaq. Ona fərqli rənglərdə corablar geyindirə bilərsiniz.

Oyunun faydaları: əl və ayaq əzələlərini möhkəmləndirir. Görmə və eşitməni məşq etdirir, uşağı səbəb-nəticə əlaqələri ilə tanış edir.



"Ku-ku" oyunu

Körpələr qəfil peyda olan və itən predmetləri çox sevirlər. Uşağı kürəyi üstə uzadın. Üzünüzü bələklə bağlayın və onu çəkərək "ku -ku" deyin. Bunu bələyin sağından və solundan görünərək, beşiyin kənarından çıxmaqla da edə bilərsiniz.

Oyunun faydası: oyun görməni məşq etdirir, səs gələn tərəfi tapmağı öyrədir, insanların yerini tapmağı və öncədən duyma hissini inkişaf etdirir.



Topla oyunlar

Körpəniz üçün 75 sm diametrli top alın. Topu bələyə bükün. Sonra körpənizi topun üstündə qarnı və ya kürəyi üstə uzadın. Başını əlinizdə saxlayın. Topu sağa sola hərəkət etdirin. Uşağı topun üstündə hoppandımaq da olar. Onu yavaşca kürəyindən təzyiq edin, top yay kimi yığılıb açılsın.

Oyunun faydası: bu oyun qarın sancılarını azaltmağa kömək edir.

Körpənin yumruğunu əlinizə alaraq topa "zərbələr" endirin.

Oyunun faydası: onun yumruğunu açmağa kömək edəcək.

Topu elə qoyun ki, körpə ayaqları ilə topu təpikləsin. Bütün hərəkətlər zamanı onunla danışmağı, ona mahnı oxumağı unutmayın. Doğrudur, o hələ sizin dediklərinizi başa düşmür. Lakin sizin səsinizə öyrəşir, onu tanıyır.

Oyunun faydası: bu oyun hərəkətliliyi artırır və müvazinət hissini formalaşdırır.



Səyahət

Körpənizi qucağınıza alın. Ayaq üstə duraraq öz oxunuz ətrafında fırlanın. Körpəylə ev boyu gəzin, ona ev əşyalarını təsvir edin. Uşağı təyyarədə uçurmuş kimi yuxarı aşağı hərəkət etdirin.

Oyunun faydaları: oyun müvazinət hissini möhkəmləndirir, görməni yaxşılaşdırır və ətrafdakı əşyaları yadda saxlamağa kömək edir.



" Yelləncək " oyunu

Yerdə oturaq vəziyyət alın. Dizlərinizi qatlayın. Körpəni elə qoyun ki, başı dizlərinizə, ayaqları sinənizə dayansın. Əllərindən tutub ehmalca qaldırın ki, uşaq oturaq vəziyyət alsın, siz uzanma vəziyyəti.  Sonra yenidən oturmuş vəziyyət alın.

Oyunun faydası: bu cür yellənmə uşağın vestibulyar aparatının işini tənzimləyir, müvazinət hissini inkişaf etdirir, körpəni sakitləşdirir.



"Pəncərədən baxma" oyunu

Uşağı qucağınızda və ya pəncərənin önüncə oturdun. Qoy həyətdə hərəkət edən cisimlərə-insanlar, pişiklər, maşınlar və s. müşahidə etsin. Ona hərəkət edən hər şey haqqında məlumat verin.

Oyunun faydası: oyun görmə aktivliyini artırır, hərəkət edən cisimləri müşahidə etmə qabiliyyətini inkişaf etdirir, hərəkət edən obyektlərə diqqətini fokuslamağı öyrənir.



Güzgü oyunu

Körpənizi qucağınıza alın və güzgünün önündə durub müxtəlif hərəkətlər edin. Güzgüdəki əksinə toxunun, əl yelləyin.

Oyunun faydası: bu oyun uşağa öz bədənini tanımağa kömək edir, bədən hissələrini idarə etməyi öyrənir, sağ və sol anlayışları haqqında təsəvvür yaranmağa başlayır.



" Burnu hardadı?"  oyunu

Uşaqla üzbəüz oturun. Ondan "burnun hanı?" soruşun. Sonra göstərin. "Bəs ananın burnu hanı?" indi öz burnunuzu göstərin. Beləcə bədən üzvlərini göstərməyi öyrədin.

Oyunun faydası: oyun valideynlə emosional ünsiyyət qurmağa kömək edir, hərəki qabiliyyəti artırır, öz bədənini tanımasına kömək edir, hissi aparatı inkişaf etdirir.



Rəngarəng işıqlar

Bu oyun üçün sizə fonar, rəngli sellofanlar və rezin lazım olacaq. Rəngli sellofanı fonara keçirib rezinlə bağlayın. Fonarı yandırın. Fərqli işıq alınacaq. Sonra otaq boyu gəzdirin işığı. Uşağa bu işıq haqqında danışın. Kağızdan müxtəlif fiqurlar kəsib fonara yapışdıra bilərsiniz ko, otağın divarında onun əksi alınsın.

Oyunun faydası. Uşağa rənglər, əşyalar və fiqurlar haqqında təsəvvür yaradır. Hərəkət edən cisimləri izləmək qabiliyyəti yaradır.

Buyurun, əziz analar! Sizə və övladınıza uyğun oyun seçib oynaya bilərsiniz.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!