Oyun qumunun düzəldilməsi

Oyun qumunun düzəldilməsi
Bir Ana - Bir Bala
10.09.2017 11
Fəsillərin dəyişkənliyi övladınızın oyun qumunda oynamasına mane olur. Ona görə onu ev şəraitində düzəldirik.

Əgər hava şəraiti övladınızı həyətə düşürməyə imkan vermirsə, oyun qumunu evdə düzəldə bilərsiniz.

Bunun üçün evdə uşaq vannasını götürün və içərisinə darı yarması tökün. Sonra bu vannanı böyük vannasının içərisinə yerləşdirin. Yoxsa oyundan sonra siz uzun müddət darı toxumlarını evdən təmizləməli olacaqsınız.

Özünüz hazırladığınız qum qabının üstün cəhətləri:

* uşaq təmiz yerdə oynayır. Çünki həyətdəki qubqabının içərisində çoxlu daş, şüşə qırıqları ola bilər.

* hər şeylə maraqlanan uşaq qumu ağzına salacaqdır. Darı toxumları bu baxımdan daha təhlükəsizdir. Onlar udulduqda nəcislə bərabər həzm  olunmadan bədəndən çıxarılır.

Əsas odur ki, darını islatmayın. İstəsəniz onu sobada bir qədər quruda da bilərsiniz.

Bəs qumqabında nə oynamaq olar? Oyun qumunda oyunlar əyləndirici, öyrədici və inkişafetdirici ola bilər. İlk növbədə övladınıza müxtəkif tutumlu qablar verin və ondan darını bir qabdan digərinə tökməsini istəyin. Bununla o " çox- az", "dar - enli", "boş -dolu" kimi anlayışları öyrənmiş olacaq.

* övladınıza qum üzərində gəzməyi öyrədin. Təbii ki, bu zaman onun əlindən tutun. Bununla onu kiçik masajla təmin etmiş olursuz.

* ona əllərini və ayaqlarını qumda gizlətməyi öyrədin. Bu ona çox maraqlı olacaq;

* kiçik oyuncaqlar götürün və onları qumda basdırın. İlk oyunu o sizdən öyrənəcək sonra o, özü bunu edəcək;

* əlbəttə ki, belə qumla yemək bişirmək daha asandır;

* uşaqla oyun qurun. Bu oyunda o, qaldırıcı kran olsun. Siz darının içərisinə bir qədər iri lobya toxumu tökün. " qaldırıcı kran" 2 barmağı ilə bu "daşları" qaldırsın və  hər hansı bir qaba yığsın. Bu zaman siz ona " yuxarı- aşağı ","hündür-alçaq" anlayışlarını öyrədə bilərsiniz.

Təbii özünüz düzəltdiyiniz qumqabının üstünlükləri çoxdur. Lakin unutmayın ki, uşağı nəzarətsiz qoymaq olmaz. O oynadığı müddətdə siz hamam otağında özünüzü məşğul edin. Təmizlik işləri ilə yanaşı kosmetik prosedurlar həyata keçirə bilərsiniz.

İstifadə etdiyiniz darını atmayın. Onu yığıb saxlayın gələn dəfəyə. Belə oyun qumqabı sizə çox da baha başa gəlməyəcək.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!