9-12 aylıq körpələr üçün oyunlar

9-12 aylıq körpələr üçün oyunlar
Bir Ana - Bir Bala
10.09.2017 27
Körpənizin ilk yarımili geridə qaldı. Artıq 6-cı ayı başa vurdu, menyusunda, həyat tərzində, eləcə də oyunlarında dəyişikliklər, yeniliklər etməyin vaxtı çatıb. Oyunların körpənin əqli inkişafında, intellektual səviyyəsinin artmasında mühüm rol oynadığı hər kəsə bəllidir.



Təbilçi

Qəribə səslənsə də, əslində körpələr də ritm tutmağı sevirlər. Onlar nəyisə nəyə vuraraq səs-küy salmaqdan xoşlanır, bununla da əylənirlər.



Bunun üçün də təbilçi körpənizə kömək etməlisiniz. O, stulda oturursa, qarşısına taxta masa və ya lövhə qoya bilərsiniz. Əlinə taxta qaşıq verərək, təbilini çalmasına kömək edin. Taxta qaşığı masaya vuraraq evə səs-küy salacaq balaca bununla çox şeyi dərk edəcək:



Eşitmək;

Dərk etmək;



Səbəb və nəticə və s.



Lakin istənilən oyun zamanı körpəni nəzarətsiz qoymaq olmaz. Təbilçi taxta qaşıqlar ilə ya özünü, ya da incə barmaqlarını zədələyə bilər.



"Noxudları götür”

 9 aydan yuxarı körpələrinizlə oynaya biləcəyiniz daha bir oyun. Belə ki, əvvəlcədən qaynadılmış, soyudulmuş noxudları onun masasınız üzərinə qoyun. O da bir-bir barmağı ilə noxudlarla oynasın, istəsə ağzına qoyub çeynəsin. Bu oyunun göz və əllərin koordinasiyasında, sərbəst qida vərdişləri qazanmasında, yeni dadlarla tanış olmasında çox mühüm rolu var.



İlk dəfə körpə nəyi necə etməyi bilmirsə, ona bunu bir neçə dəfə göstərin. Noxud dənələrini meyvə dilimləri ilə də əvəz edə bilərsiniz. Mütləq şəkildə bu oyunda sizin nəzarətiniz altında olmalıdır.



"Tikirik və sökürük”

Bu da ən sadə körpə oyunlarından biridir. Bunun üçün sizə rəngli kublar lazım olacaq. Körpə həmin kubları bir-birinin üzərinə qoyur, yəni tikir, daha sonra isə bir göz qırpımında sökür. Oyunun faydası:



- Səbəb və nəticə;



- Bacarıq və vərdişlərin inkişafı;



- Qərarvermə bacarığı.



Körpəni döşəmədə oturdun, kubları ətrafına düzün, əvvəlcə bir neçə dəfə "qala” tikməyi ona başa salın, sonra bunu onun müstəqil etməsinə imkan verin.



Kubları qutu və ya kitablarla da əvəz edə bilərsiniz. Oyun prosesi sizin nəzarətiniz altında olmalıdır.



"Yel, əs!”

Bu oyun əslində ad gününə hazırlaşan körpə üçün əvəzedilməzdir. Çünki oyunun sayəsində o, üfürməyi öyrənəcək. Lələk, parçalardan bir hissə, kağız, konfet kağızı, saman və s. kimi yüngül əşyaları körpənin qarşısına qoymaq lazımdır. Onları üfürərək körpə ağız və nəfəs tənzimlənməsini, əşyaların çəki və xüsusiyyətlərini öyrənir.



Oyunu körpəyə öyrətmək üçün əvvəlcə masanın üzərinə sadaladığımız əşyalardan birini qoyursuz, üfürürsünüz, sonra körpənin etməsinə şərait yaradırsınız. Onda bu alındıqca çox şad və xoşbəxt olacaq!



Bu oyundakı predmetləri fincandakı südlə də əvəz edə bilərsiniz. Südü üfürdükcə köpüyü əmələ gəlməsi körpə üçün əyləncəli olacaq.



Təbii ki, bütün oyunlar kimi bu da sizin nəzarətiniz altında olmalıdır ki, körpəniz kiçik əşyaları udma təhlükəsi ilə üzləşməsin.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!