0-1 yaş üçün hansı oyuncaqlar lazımdır?

0-1 yaş üçün hansı oyuncaqlar lazımdır?
Bir Ana - Bir Bala
10.09.2017 10
Bu dövrdə (0-1 yaş) körpələr oyuncaqlarla oynaya bilməsələr də onlara maraq edirlər.

Ən kiçiklər üçün oyuncaqlar ilk növbədə hiss orqanlarını inkişaf etdirmək üçün olmalıdır: gözləri, qulaqları, əlləri. Və hələlik uşağın əsas ehtiyacı - istini hiss etməyə yönəlib və buna görə də körpələrin birinci oyuncaqları yumşaq və istilik bəxş edən olmalıdır. Oyuncaqlar körpənin toxunma hissi vasitəsilə dünyanı dərk etmək işini asanlaşdıracaq. Ən yaxşı oyuncaqlar -  dişlənməsi mümkün olanlardır. Onlar yumşaq materiallar hazırlanmalıdır - (plastmas, rezin.) Yuyulan və yüngül olmalı, ancaq uzunsov olmamalıdır ki, uşaq ağzına qoymasın, çünki boğula bilər. Oyuncaqların rəngi parlaq olmalıdır. Yaxşı olar ki, səsli olsunlar.



1 yaşa qədər uşaqlara nələr lazım ola bilər?

1. Musiqili oyuncaqlar - balaca pianolar, tütəklər, zınqırovlar, zəngli çəkiclər, balaca nağara.



2. rezin halqalar( diş üçün)



3. inkişaf etdirici oyun xalçası.



4. Asılan mobil oyuncaqlar.



5. Parça top.



6. Yumşaq plasmasdan  hazırlanan rəngli kublar.



7. Piramida.



8. Matryoşka



9. Vannada oynamaq üçün oyuncaqlar.



10. Səs çıxaran kitablar



11. Selofan kitablar



12. Yula.



13. Balaca tüksüz yumşaq oyuncaqlar



14. İç-içə yerləşə bilən fincanlar.



15. Yellənən oyuncaqlar ( atlar, ördəklər, itlər)



Səma Abiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!