Körpənin 7-ci həftəsi

Körpənin 7-ci həftəsi
Bir Ana - Bir Bala
10.09.2017 9
Bu həftədə körpəniz böyük ehtimalla başını saxlaya bilir. Qarnı üzərində uzanarkən başını və qismən də döşünü qaldıra bilir. Tezliklə qarnı üstə çevrilməyi öyrənəcək. Uşaq bütün günü sizi izləyir. Siz danışarkən sakitcə dayanıb sizə qulaq asır. Onun çıxardığı səsləri təkrar edərək tez-tez onunla ünsiyyətdə olun. Uşağa gördüyünüz işlərdən, məişət əşyalarından danışın. Bütün bunlar onun nitqini stimulyasiya edəcək.



Valideynlərə məsləhət.


Çalışın uşağın yatma, gəzinti, qidalanma, çimmə vaxtı hər gün eyni vaxtda olsun. Körpənin yuxusunu stimullaşdırmaq üçün hər hansı ritual həyata keçirə bilərsiniz. Məsələn, onun yanına yumşaq oyuncağını qoya bilərsiz və ya həzin musiqi səsləndirib, işığı keçirib, zəif lampa işığını yandıra bilərsiz. Bu uşağa artıq yatmaq vaxtı gəldiyinin göstəricisi olacaq.

Bu həftədə körpəniz çox güləyən olacaqdır. Hətta mütəxəssislər bildirir ki, 7 həftəlik uşaqlarda 70 cür gülüş forması vardır. Diqqətli analar bunu müşahidə edə bilərlər. O, ürəkdən və anlayaraq gülür.

Körpə öz narazılığını ağlayaraq və qışqıraraq bildirir.

Onun əllə tutma refleksi inkişaf etməkdədir. Əgər bir əşyanı əlinə yaxınlaşdırsanız onu tutacaqdır.

Körpənin görmə qabiliyyəti də inkişaf etməkdədir. Hər şeyə diqqətlə baxır, maraq göstərir.

Bu həftədən etibarən uşaq massajına da başlamaq olar.  Əslində bu həftədə massaj daha çox sığallama formasında olmalıdır. Onu kürəyi üstə uzadıb yağlamadan sığal formasında masaj etmək olar. Bu onun əhvalına müsbət təsir edəcəkdir.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!