Körpənin 9-cu həftəsi

Körpənin 9-cu həftəsi
Bir Ana - Bir Bala
10.09.2017 6
Körpə həyatının 9-cu həftəsi onun hərəki aktivliyinin artması ilə xarakterizə olunur. Onun başı gah sağa, gah sola çevrilir, əl və ayaqları ilə hərəkət edir. O hələ ki boynunu və başını saxlaya bilmir, qarnı üstə uzatdıqda başını 10-15 saniyə saxlayır. Məşq elətdirərək onun inkişafına kömək edə bilərsiniz. Gün ərzində bir neçə dəfə onu qarnı üstə qoyun.



Bu həftədən etibarən körpənizin ağız suyu ifrazı artacaqdır. Bu diş çıxarmağa hazırlıqdır. Həm də ağız suyunun tərkibində elə bioloji aktiv maddələr var ki, onlar antibakterial xüsusiyyətə malikdir. Axı bu və növbəti həftələr ərzində toppuşunuz hər şeylə maraqlanacaq, hər şeyi ağzına salaraq kəşf edəcəkdir. Deməli, ağız suyu onu bir sıra mikrobların orqanizmə düşməsindən qoruyur. Bəzi uşaqlarda ağız suyu ağız nahiyəsində səpkilərə səbəb olur. Bu zaman uşaq kremindən istifadə edə bilərsiniz.

Körpənizi massaj edə bilərsiniz. Bu onda xoş təəssüratlar oyadacaq. Bir qədər massaj hərəkətləri öyrənsəniz bu sizin xeyrinizə olar. Çox güman ki, diyirlənən əşyalarla - karandaşlar, hamar çubuq, hətta qozlarla massaj onun xoşuna gələcək. Əgər massaj aləti böyükdürsə, onu körpənin kürəyinin masajında istifadə edə bilərsiniz.

Siz körpənizin əl və ayaq tonusunu qaydaya salmaq üçün onu məşq etdirə bilərsiniz. Bunun üçün kiçik su butulkaları götürün. İşəricinə su doldurub, ağzını bağlayın. Sonra onu uşağın əl və ayaqlarına yaxın qoyun. Onun bu "qantelləri" qaldırmağa cəhd etməsi əzələlərin vəziyyətinə yaxşı təsir edir. Bu məşq həm də gününü yemək və yatmaqla keçirən körpənin əlavə qramlarını atmağa köçək edəcək.

Körpənin zehni inkişafını da unutmayın. Bu həftədə körpəni hərəkətsiz cismə baxışlarını fiksə etməyi öyrətmək olar. Bunu üçün parlaq bir şar istifadə etmək olar. Şarı sağa sola hərəkət etdirməklə " şarımız hardadır? Hə, bax burdadır!" sözləri ilə öyrətmək olar. Eşitmə hissinin inkişafını isə səsli oyuncağın yerini dəyişməklə körpənin onu tapması ilə təmin etmək olar.

Doğrudur bu yaşda körpəniz çox az şey başa düşsə də, onunla danışın. Onunla oyun oynayın. Körpə sizin enerjinizi duyur və bu ona çox təsir edir. Siz nə qədər sakit, səbrli olsanız körpəniz də o qədər sakit olacaq.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!