Körpə inkişafının 6-cı ayı

Körpə inkişafının 6-cı ayı
Bir Ana - Bir Bala
10.09.2017 34
Balacamız 6-cı ayına qədəm qoyub. O, bu ayda nələri edə bilir?



- Hər tərəfə çevrilə bilir.

- Dönməkdən xoşu gəlir, qarnı yerdən qalxmadan sürünür, iməkləyir.

- Qısa müddətli otura bilir, lakin özünü hələ tam saxlaya bilmir.

- Hər hansı əşyanı bir əlindən digər əlinə asanlıqla verə bilir.

- Səs çıxarır.

- Yerə saldığı oyuncağı yenidən götürməyə çalışır.

- Valideynlərinin üzü, saçları ilə oynamaqdan zövq alır.



Körpədəki dəyişikliklər

Əlləri ilə özünü yedirtməyə çalışır, boşqabındakı yeməklə qidalanmaqdan daha çox oynamağı xoşlayır. Zəkası sürətlə inkişaf edir. Hələ danışa bilmir, lakin ana, ata, maşın, hamam kimi çox işlənən sözlərin mənasını anlayır.



Xoşbəxtliyini, sevgisini, qorxusunu, həyəcan və kədərini asanlıqla ifadə edə bilir.



6 aylıq körpə üçün oyunlar

Təbii ki, oyunun körpənin inkişafındakı rolu əvəzedilməzdir. Hər yaş dövrünə uyğun da oyunların oynanılması mütləqdir. Bu ayda onunla birgə mahnılar oxumağa, ritm tutub, əl çalmağa can atın. Sözləri ucadan söyləyərək onun da təkrarlamasına kömək edin.



Körpəni qucağınıza alıb, onun çıxartdığı səs və sözləri təkrarlayın. Bu, onun çox xoşuna gələcək. Körpənin ətrafına yastıqlar qoyaraq oturmasına kömək edin. Qarnı üstə yerə qoyun, icazə verin ki, balaca özü yerdən qalxmağa çalışsın.



Qidalanması

Körpə 6-cı ayından qatı qidalarla tanış olmağa başlayır. Menyusuna yeni tərəvəzlər, meyvə şirələri və göyərtilər daxil olur. Körpənizi 1 yaşına kimi portağal və pomidor şirəsindən, eləcə də bal və yumurtadan uzaq saxlayın.



6 aylıq körpəyə qulluq zamanı diqqət!

Evdəki bütün "təhlükəli” əşyaları, oyuncaqları körpədən gizlədin. Dərmanları, təmizlik vasitələrini daha etibarlı yerlərdə saxlayın. Açıq eyvanı olanlar da ehtiyatlı davranmalıdırlar. Bir sözlə, körpə hər zaman ana-atanın diqqətində olmalıdır.



Onu tez-tez parka aparmağı da unutmayın.



Aygün Quliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!