Musiqinin uşağa faydası

Musiqinin uşağa faydası
Bir Ana - Bir Bala
10.09.2017 8
Musiqi uşağa gözəlliyə həssas və dünyaya açıq insan kimi formalaşmağa kömək edir. Musiqinin köməyi ilə uşağın dəqiq elmlərlə və dil öyrənməklə bağlı problemi olmayacaq. Bir sözlə musiqi ancaq xeyir gətirə bilər. Hələ ana bətnində musiqilərlə tanış olan uşaqlar doğulduqdan sonra da o səsləri tanıyır və eşitdikdə sakitləşir. Bu ona tanış olmayan dünyada özünü təhlükəsiz hiss etməyə kömək edir. Bu musiqinin təsiri ilə körpə daha rahat yata bilir.

 

Yuxudan öncə

Uşaqlar musiqini yuxudan əvvəl və oyandıqda daha yaxşı qəbul edirlər. Bu zaman onlar emosional dəstəyə ehtiyac duyurlar: onlara tanış səslər və musiqilər sakitləşdirir və təhlükəsizlik hissi verir. Bundan başqa uşaq çətin anlarda musiqiyə ehtiyac duyur; qarnı ağrıdıqda, yarmaqda olan diş və əzilmiş diz onu narahat etdikdə. Əgər siz ona layla oxusanız bu onu tez bir zamanda sakitəşdirəcək.

 

Təkcə layla yox

Ən yaxşı musiqi ananın laylasıdır. Ancaq bir şərtlə: bu layla məcburi yox, sevgi və şəfqətlə, qəlbdən istəyərək oxunmalıdır. Əks halda uşaq səmimiyyətsizliyi duyacaq. Ürəyiniz istədiyi vaxt oxuyun: əmizdirərkən, yedirdərkən, geyindirərkən, çimizdirərkən və ya gəzintidə. İstədiyiniz musiqini oxuya bilərsiniz. Bu, uşaq mahnısı, xalq mahnısı və məşhur mahnılardan ola bilər.

 

Bəs nə dinləyək?

Sizə maraqlıdır ki, hansı musiqi övladınıza müsbət təsir edər: klassika, estrada və ya caz? Mütəxəssislərin fikrincə, uşağı müxtəlif janrlarla tanış etmək lazımdır. Əlbəttə ki, bu zaman ağır rok, metal, pan-rokdan uzaq durmaq lazımdır. Dinlənilən musiqi həm sizə, həm də körpəyə zövq verməlidir.

 

Musiqi və intellekt

Məlum olmuşdur ki, musiqi dinlənilməsi digər qabiliyyət və bacarıqlara təsir edir. Ən maraqlı eksperiment Yaponiyada keçirilmişdir. Uşaq bağçasında iki paralel qruplardan birinə musiqi dərsi keçilir, digərinə isə keçilmir. Nəticədə musiqi dərsi keçilən qrupda uşaqlar onlara məlum olmayan informasiyanı daha tez mənimsəyir, yeni materialı daha tez yadda saxlayırlar. Bu uşaqlar həm də xarici dil və riyaziyyatı da daha yaxşı öyrənirlər.

 

Beynin inkişafına təsiri

Musiqi beynin inkişafına müsbət təsir edir. Uşaq həyatının ilk 6 ili çox vacib mərhələdir. Bu zaman sinir sistemi və beyin sürətlə inkişaf edir. Ona görə də musiqi ilə məşğul olmağa mümkün qədər tez başlamaq lazımdır.

Qədim dövrlərdən musiqi ilə müalicə edilməsi məlumdur. O, gərginliyi azaldır, psixoloji vəziyyətə müsbət təsir edir. Bir sıra Avropa dövlətlərində musiqi terapiyasını doğum evlərində və cərrahiyyədə istifadə edirlər. Bundan başqa musiqi uşaq nevroloq, kardioloq, onkoloqlar və nefroloqları tərəfindən istifadə olunur. Musiqi sədaları altında uşaqlar tənəffüs və fiziki hərəkətlər edirlər.

Düzgün seçilmiş musiqi ilə uşaq zəkası dünya elminə açılır, xəstəliklərdən yayınır, qorxu hissi azalır.



Ülviyyə Səidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!